Hər hansısa bir PEŞƏYƏ TƏLABAT iş verənlərin (dövlət müəssisələrinin və sahibkarların) mütəxəsislərə təlabatından, əmək bazarında olan vəziyyətdən irəli gəlir, PEŞƏNİN NÜFUZU isə - əhalinin ona marağından, peşənin cazibəsindən asılıdır. Əhali arasında məhşur olan ixtisaslara heç də həmişə iş verənlər, sahibkarlar arasında tələbat eyni dərəcədə olmur.
Adətən yuxarı sinif şagirdləri sahibkar, menecer, hüquqşünas, həkim və ya müəllim olmaq istəyirlər. Bizim hamımız əhali arasında nüfuzlu peşəyə sahib olmaq və çoxlu pul qazanmaq istəyirik ("Yüksək əmək haqqı almaq üçün hansı peşəni seçməliyəm?" məqaləsi ilə tanış olun). Əlbəttə, burada eyibli bir şey yoxdur və çox yaxşı olardı ki, hər kəs öz istədiyinə nail olsun. Lakin biz heç də həmişə öz məqsədimizə tam nail ola bilmirik.
Düzgün peşə seçimində əsas məsuliyyət bizim öz üzərimizə düşür. Əgər biz əmək bazarında tələb olunan peşə seçsək, onda bizim üçün iş tapmaq asan olacaq. Əgər seçdiyimiz peşəyə təlabat yoxdursa, onda ya işə düzəlmək bizim üçün çətinlik törədəcək, ya başqa ixtisas üzrə işləməyə məcbur olacağıq, ya da ki, ixtisasımızı dəyişməyə, daha doğrusu başqa peşəyə yiyələnməyə məcbur olacayıq.
Sizin seçdiyiniz peşə əmək bazarında tələb olunan peşə olmalıdır. Maraqlı bir misal gətirək. Təsəvvür edək ki, hər hansısa bir cavan adam kosmonavt olmaq qərarına gəlir. O doğurdanda bu işi görmək istəyir. Lakin Azərbaycanda kosmik vasitələrdən istifadə olunmur və kosmonavt hazırlanmır. Belə çıxır ki, həmin şəxs heç vaxt kosmonavt ola bilməyəcək. ("Peşə seçimi zamanı əmək bazarında iş yerlərinə olan tələbatı nəzərə almalıyıqmı?" sizə maraqlı ola bilər).
Hər halda heç kim bizi öz arzularımızdan və planlarımızdan əl çəkməyə məcbur etmir. Əlbətdə ki, bizim hər birimizin çətinliklərin öhdəsindən gələrək öz xəyallarımızı reallaşdırmaq və ya məqsədimizə çatmaq imkanlarımız vardır. Axı bizim peşəkar uğurumuz qarşıya qoyduğumuz məqsədə çatmaq iradəmizdən asılıdır. Sual ondadır ki, bizdə buna nail olmaq üçün kifayət qədər səbr və inadkarlıq, güc və vaxt varmı? Mən istərdim ki, bizim hər birimiz öz-özlüyümüzdə bu işə nə qədər güc sərf etmək lazım olduğunu təsəvvür edə bilək. Bundan əlavə, bizim seçdiyiniz peşəyə qabiliyyətimizin münasib olub-olmamasını da qiymətləndirməyimiz vacibdir. Nəhayət, hər birimiz əmək bazarının konkret yer və vaxtla məhdudlaşdığını bilməliyik. Vaxt keçdikcə bu və ya digər peşəyə təlabat dəyişə bilər və bu eyni zamanda o yaşadığımız ərazidən də asılıdır. Əgər bizim seçdiyimiz ixtisas bu gün və burada heç kimə lazım deyilsə, onda çalışmaq lazımdır ki, bu ixtisasın kimə və nə zaman lazım olacağı sualına cavab tapaq.
İxtisasın məşhurluğu, nüfuzu, cəlbediciliyi zaman keçdikcə dəyişə bilər. Bizim həyatımızda demək olar ki, çox şey, məsələn, insanların maraqları, tələbatları dəyişib. Bir nəsil bundan əvvəl dəbdə olan peşələr indi o qədər də dəbdə deyil. Bununla yanaşı bir vaxt ən nüfuzlu peşələr idarəetmə, elm və incəsənət sahələrində idi. İndi isə insanların böyük əksəriyyətinin maraqları texnika və biznes sahəsinə, istehsala, ticarət, bank və informasiya texnologiyalarına yönəlib.
Bu səbəbdən heç vaxt yalnız nüfuza əsaslanıb peşə seçməyin. Nüfuzu düzgün peşə seçimi meyarlarına aid etmək olmaz, çünki o, qeyri-sabit və dəyişkən amildir.
Unutmayın!
Hansı peşənin mütəxəssisi olmağınızın fərqi yoxdur. Əsas düzgün seçimdir!
Çünki bu zaman siz həm nüfuza, həm yüksək əmək haqqına,
həm bütün istədiklərinizə nail olacaqsınız.