Sual-Cavab

Tez-tez verilən suallar

  • Mənə uyğun peşəni necə seçməliyəm?

    Peşə seçimi zamanı bir çox faktoru nəzərə almaq, bir çox amili təhlil etmək vacibdir. Bu mövzu ilə əlaqəli materiallarımızla aşağıda qeyd olunan link üzərindən tanış ola bilərsiniz:

    Peşə seçimi

    Doğru peşəyə sahib olmaq üçün bu sahədə maariflənmək, hər hansı bir peşəkarın işinin nədən ibarət olduğu haqda məlumatlı olmaq lazımdır. Sizə bu mövzuda kömək olmaq üçün biz peşə təsvirləri hazırlayırıq. Aşağıda qeyd olunan link üzrə sizə maraqlı gələn peşə haqqında məlumat ala bilərsiniz:

    Peşələr

    Sosial faktorlardan başqa seçim zamanı vacib olan – insanın hansı təfəkkür növləri, şəxsi xüsusiyyətlər və motivasiyaya malik olması, hansı peşə və fəaliyyət növlərinə maraq göstərməsidir. Qeyd olunan sahələr üzrə diaqnostika və peşə seçimində dəstək peşəkarlarımız tərəfindən onlayn və canlı şəkildə xüsusi hazırlanmış testlərdən istifadə olunaraq həyata keçirilir:

    Konsultasiyalar

     

  • Onlayn konsultasiyaya necə yazıla bilərəm?

    Onlayn konsultasiyaya yazılmaq üçün:

    1. qeydiyyatdan keçir və ya artıq profiliniz olduğu halda, kabinetinizə daxil olursunuz;

    2. mütəxəssislər bölməsindən psixoloqlar ilə tanış olub, Sizə uyğun olanı seçirsiniz;

    3. səhifənin aşağısında "Onlayn konsultasiya" düyməsini klikləyirsiniz;

    4. açılan səhifədə anketi doldurusunuz;

    5. psixoloq müraciət vaxtını təsdiqlədikdə, ödəniş üçün e-mail alırsınız;

    6. ödəniş etdikdən sonra görüş haqqında məlumat profilinizdə əks olunur və e-mail ünvanınıza göndərilir;

    7. görüş Zoom platforması üzərindən həyata keçirilir.

     
  • İmtahan stresinin necə öhdəsindən gələ bilərəm?

    İmtahan öncəsi stres ilə mübarizə üçün bütün lazımi materiallar ilə aşağıda qeyd olunan bölmədən tanış ola bilərsiniz:

    İmtahan öncəsi dəstək

     

    Materiallar üzrə suallarınızla bağlı canlı çat pəncərəmizə müraciət edə bilərsiniz.

    Psixoloqa ehtiyac duyursunuzsa, "Onlayn konsultasiya"-ya yazılaraq psixoloji dəstək ala bilərsiniz.