Haqqımızda

Haqqımızda

Haqqımızda

Xoş gəlmisiniz!

Cəmiyyətimizdə uşaqlara, yeniyetmələrə, böyüklərə və yaşlılara müvafiq psixoloji və mənəvi dəstəyin əhəmiyyəti dərk olunduqca bu sahədəki xidmətlərə tələbat artmaqdadır. Çoxillik təcrübə və tədqiqatların göstərdiyi kimi həyatın imtahanlarında uğurlu nəticə əldə olunmasına və ya hər hansı bir fəaliyyətin müvəffəqiyyətlə yerinə yetirilməsinə biliklərə yiyələnməklə yanaşı, psixoloji cəhətdən hazırlıqlı olma, mürəkkəb və qeyri-müəyyən vəziyyətlərin öhdəsindən gəlmə, stres və vaxt çatışmazlığı şəraitində təhliletmə və düzgün qərarlar qəbul etmə kimi bacarıqlar ciddi təsir edir.

Gündən günə dəyişən həyatımızda ixtisaslaşmış və keyfiyyətli psixoloji maarifləndirmənin və dəstəyin göstərilməsi ön plana çıxır.

Məqsəd - əhalimizdə psixoloji dəstəyə, psixoloq fəaliyyətinə adekvat münasibətin formalaşmasına, psixoloji biliklər sahəsində dünyagörüşünün genişləndirilməsinə töhfə vermək və insanlara keyfiyyətli psixoloji dəstək xidmətləri göstərməkdir.

İnkişafın hazırkı mərhələsində əhalimiz üçün psixoloji maarifləndirmə və dəstək üzrə müxtəlif xidmətlərin yaradılmasına ciddi tələbatın əhəmiyyətli dərəcədə yüksək odluğunu müşayidə edərək komandamız bu sadəhədə aşağıda qeyd olunan istiqamətlər üzrə fəaliyyət göstərməyə başlayıb:

  • “Onlayn konsultasiya” – görüntülü fərdi məsləhətləşmə
  • Təlimlərin (əyani/onlayn), kursların (əyani/onlayn), onlayn marafonların, tematik mühazirələrin (əyani/onlayn), psixoloji görüşlərin (əyani/onlayn) keçirilməsi
  • Məqalələrin və metodiki materialların dərci, videomaterialların hazırlanması
  • Xarici psixoloji testlərin adaptasiyası və yeni testlərin yaradılması
  • Sosial-psixoloji sorğuların keçirilməsi
  • Sosial-psixoloji mühitin sağlamlaşdırılması məqsədilə layihələrin keçirilməsi