Təlimlər

Təlimlər

Psixoloji təlim davranış və şəxsiyyəti inkişaf etdirmə bacarıqlarına dair aktiv öyrənmə formasıdır.

Təlimdə iştirakçıdan psixoloji keyfiyyətlərini və ya bacarıqlarını inkişaf etdirməyə və ya nümayiş etməyə yönəlmiş müəyyən hərəkətləri yerinə yetirmək nəzərdə tutulur.

Səmərəli öyrənməyi və inkişafı təmin edən əsas prinsip təlimdə fəaliyyətin bütün formalarının davamlı olaraq birləşməsidir: ünsiyyət, oyun, öyrənmə, iş.

Keçiriləcək təlimlərimiz aşağıda sadalanan insan qruplarını maraqlandıran mövzular çərçivəsində planlaşdırılıb:

  • məktəbəqədər uşaqlar və onların valideynləri üçün 
  • məktəblilər, yeniyetmələr, abituriyentlər və onların valideynləri üçün
  • tələbələr üçün
  • müəllimlər üçün