Hər bir insan müəyyən situasiyalarda təşviş hissi keçirir. Bu bəzi insanların fərdi xüsusiyyətlərindən irəli gəlir və daimi xarakter daşayır, bəzən isə sadəcə situasiyanın təsirinə reaksiya olaraq meydana çıxır. Əgər gündəlik həyatda davamlı xroniki təşvişdən əziyyət çəkmirsinizsə, sadəcə müəyyən situasiyalar (imtahan, çıxış, məsuliyətli vəziyyət və s.) sizdə təşvişin yaranmasına səbəb olursa, bu test vasitəsilə hal-hazırda təşviş yaradan situasiyanın olub-olmadığını müəyyən edə bilərsiniz.
Test-ə başlaHər bir insan müəyyən situasiyalarda təşviş hissi keçirir. Bu bəzi insanların fərdi xüsusiyyətlərindən irəli gəlir və daimi xarakter daşayır, bəzən isə sadəcə situasiyanın təsirinə reaksiya olaraq meydana çıxır. Bu alət fərdi xüsusiyyət kimi davamlı təşvişə meyillilik səviyyənizi müəyyən etməyə kömək edəcək.
Test-ə başlaBizim maraqlarımıza, meyllərimizə bacarığlarımıza uyğun olan peşə bizə nə verir?! Demək olar ki, hərşey. Sağlamlıq, çünki işini bacaran və sevən insan stresslərə daha da davamlıdır. Maddi imkanlar, çünki siz işinizi başqalarından daha yaxşı və sevərək görürsünüz. Özünə inam, çünki işinizin peşəkarı olmaq imkanınız var. Və bunların nəticəsi olaraq əlbəttə ki mənəvi rahatçılıq.
Test-ə başlaPeşə meyli – insanın müəyyən bir fəaliyyətlə məşğul olmağa sövq edən şəxsi istəyi və ehtiyacıdır. Peşə meyllərinizə uyğun fəaliyyət sahəsi və istiqaməti seçsəniz iş sizə sevinc gətirəcək və bütün iş vəzifələrin öhdəsindən asanlıqla gələcəksiniz, karyera yüksəlişi və inkişaf perspektivləri üçün siz gözləməyəcəksiniz. Maraq və meyil arasında ümumi cəhətlərlə yanaşı fərqlər də var. Maraqlar “bilmək istəyirəm”, meyillər isə “etmək istəyirəm” formulu ilə ifadə olunur. Ola bilər ki, bir insan kinodan zövq alsın, kino sənəti haqqında kitablar oxusun, aktyorların bioqrafiyası ilə maraqlansın və onlardan aftoqraf almağı xoşlasın, lakin kino sahəsində peşəkar fəaliyyətlə məşğul olmağı heç ağlından da keçirməsin. Elə insanlar var ki, bir futbol komandasının qızğın azarkeşidir, onun heç bir oyununu buraxmır, amma eyni zamanda adi səhər idmanı belə eləmir. Bunlar məhs maraq və meyl olmadığı hallardır. İnsan özünün maraq və meyillərinə uyğun olan peşə seçməlidir. Peşə seçimində maraq və meyillərin bir-biri ilə əlaqələndirildiyi və bir-birini tamamladığı hal ən yaxşısıdır.
Test-ə başla