Hörmətli şagirdlər və tələbələr!
Təhsil - sizə bilik, bacarıqlar, dəyərlər, inanclar və vərdişlər qazandıran vacib bir prosesdir. Bu proses zamanı hər bir fərd həyatında müəyyən qədər çətinliklərlə (yaddaşın zəif olması, vaxtın planlaşdırılması, oxuma motivasiyasının formalaşdırılması, öyrənmə prosesi zamanı yaranan stres, düzgün peşə seçimi və s.) üzləşə bilər. İnsanın peşə seçiminə gedən bu mürəkkəb yolda özünə inamı, özünü qiymətləndirilməsi və tapması olduqca vacib amillərdir. Bəzən kənardan zəif və sakit görünən şagirdin daxilində çox güclü potensial dayana bilər ki, bu potensialı da kəşf etmək valideynin, müəllimin və ya şagirdin öz üzərinə düşür. Siz bu yolda psixoloqlarımız tərəfindən bir çox mövzulara dair hazırlanmış materiallardan yararlana bilərsiniz.
Mövzu ilə əlaqədar məqalələr:
⇨ Qorxu
⇨ Stres