Xilasedici təbii fəlakətlər, texnogen qəzalar, terror aktları, daşqınlar, yanğınlar, ekoloji fəlakətlər, qəzalar, fövqəladə hallar zamanı əhaliyə yardım göstərir.
Funksiyalar:
- Fövqəladə hadisə yerində əməliyyat şəraitinin kəşfiyyatını, zərərçəkənlərin axtarışını və ilkin qiymətləndirilməsini həyata keçirir;
- Qəza-xilasetmə işlərinin aparılması zamanı insanları xilas edir, təxliyyə təşkil edir, ilk tibbi yardım göstərir;
- Qəza hallarının, texnogen və təbii xarakterli fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə işləri yerinə yetirir;
- Fövqəladə hallarda işləməklə yanaşı, xilasedicilər bədbəxt hadisələr zamanı da kömək edirlər;
- Əhali arasında standartlara uyğun profilaktik tədbirlər həyata keçirir.
Zəruri keyfiyyətlər:
- Сəsarətlilik;
- Güçlü sinir sistemi;
- Fiziki güc və çeviklik;
- Tez reaksiya vermək bacarığı;
- Stresə qarşı müqavimət;
- Təcili hallarda tez qərar qəbul etmək qabiliyyəti;
- Komandada birgə işləmək bacarığı;
- Yüksək şəxsi məsuliyyət;
- İnsanlara kömək etmək və başqalarının problemlərinə şəfqət göstərmək arzusu.
Xilasedici olmaq üçün tələblər:
- Müəyyən edilmiş minimum fiziki tələblərə uyğunluq;
- İstiqamət üzrə ali-peşə ixtisas dərəcəsisinin olması.
Qrup: I
Təhsil istiqamətləri:
Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:
1. Fövqəladə Hallar Nazirliyinin Akademiyası