Verilənlər bazası üzrə mühəndis məlumatların, verilənlərin bazasının layihələndirilməsi, doldurulması və transferi üzərində işləyir. Onun əsas bilik sahəsi verilənlər bazası və onların etibarlı infrastrukturunun hazırlanması ilə bağlıdır. Məsələn, şirkət müxtəlif mənbələrdən böyük həcmdə verilənlər qəbul edirsə, verilənlər bazası mühəndisi bu verilənlərin yığımını, emalını və saxlanılmasını təmin edir.
Funksiyalar:
- Məlumatların çatdırılması, saxlanması və emalı ilə məşğul olur;
- Prosesləri başladır və məlumatları data məhsula çevirmək üçün xidmətlər qurur;
- Platformaların hazırlanması ilə məşğul olur: infrastruktur, mühəndislik, təhlükəsizlik və monitorinq.
Zəruri keyfiyyətlər:
- Analitik qabiliyyətlər;
- Komandada işləmə bacarığı;
- Məlumatlarla işləmə diqqətlilik tələb edir;
- Çoxistiqamətli yöndə işləmə bacarığı;
- Texniki təfəkkürün inkişafı.
Verilənlər bazası üzrə mühəndis olmaq üçün tələblər:
İş yerindən aslı olaraq ali təhsilin olması;
Təlim kurslarının və proqramlarının keçməsi.
Qrup: I
Təhsil istiqamətləri:
Kompüter elmləri;
İnformasiya texnologiyaları;
Riyaziyyat və kompüter elmləri.
Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:
- Bakı Dövlət Universiteti
- Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
- Azərbaycan Texniki Universiteti
- Azərbaycan Memarlıq və İnşaat Universiteti
- Azərbaycan İqtisad Universiteti (Bakı, Zaqatala)
- Bakı Mühəndislik Universiteti
- Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
- “ADA” Universiteti
- Milli Aviasiya Akademiyası
- Naxçıvan Dövlət Universiteti
- Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə)
- Sumqayıt Dövlət Universiteti
- Lənkəran Dövlət Universiteti
- “Azərbaycan” Universiteti
- Qərbi Kaspi Universiteti
- Xəzər Universiteti
- Bakı Avrasiya Universiteti
- “Odlar Yurdu” Universiteti
- Bakı Biznes Universiteti
- “Naxçıvan” Universiteti
- M.V. Lomonosov adına Moskva Dövlət Universiteti (Bakı filialı)
İstiqamət üzrə faydalı kurslar:
- IT Step Coding Academy;
- Code Academy;
- Udemy (onlayn);
- Coursera (onlayn);
- Udacity (onlayn).