Tiflopedaqoq

Tiflopedaqoq

Tiflopedaqoq – görmə qabiliyyəti məhdud olan uşaqların inkişafı və adaptasiyası ilə məşğul olan mütəxəssisdir. O, xüsusi texnikalar vasitəsilə uşaqlara oxumağı və yazmağı öyrədir. Adətən, belə mütəxəssislər xüsusi məktəbəqədər və təhsil müəssisələrində, ixtisaslaşdırılmış sanatoriyalarda, reabilitasiya və inkişaf mərkəzlərində çalışır və ya özəl sektorda fəaliyyət göstərirlər.

Funksiyalar:

  • Görmə qabiliyyəti məhdud olan uşaqlar üçün korreksiya proqramlarının hazırlanması;
  • Belə uşaqlara məlumatı başqa yollarla qəbul etməyin öyrədilməsi;
  • Məktəb fənnlərinin materialını mənimsəməkdə yardımın göstərilməsi;
  • Tərbiyəçilərə, müəllimlərə məsləhətlərin verilməsi;
  • Uşaqla daha yaxşı ünsiyyət qurmağın yolları barədə valideynlərə kömək göstərilməsi;
  • Görmə qabiliyyəti məhdud olan uşaqların yiyələnə biləcəyi peşələr haqqında zəruri məlumatların araşdırılması və sorğudan irəli gələrək, bu barədə maraqlanan şəxslərə məlumatın verilməsi.

Zəruri keyfiyyətlər:

  • Əzmkarlıq;
  • Stresə dözümlülük;
  • Məsuliyyət;
  • Səbrlilik;
  • Ünsiyyətlilik;
  • Peşəkar həvəs;
  • Məlumatı təhlil etmə bacarığı.

Tiflopedaqoq olmaq üçün tələblər:

  • İstiqamət üzrə ali təhsil;
  • Xüsusi tədris metodları və təcrübələri haqqında biliklər.

Qrup: III

Təhsil istiqamətləri:

Korreksiyaedici təlim

Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:

  1. Bakı Dövlət Universiteti
  2. Azərbaycan Dövlət Pedaqoji Universiteti
  3. Azərbaycan Dillər Universiteti