Tərcüməçi - bir dildən digərinə şifahi və ya yazılı danışığı tərcümə edən bir mütəxəssisdir. Tərcüməçinin əsas vəzifəsi tərcümə etdiyi sözün mənasını mümkün qədər dəqiq əks etdirməkdir.
Mədəniyyətlərarası kommunikasiyaların olunduğu hər yerdə demək olar ki, tərcüməçilərə tələbat var, məsələn, xarici biznes tərəfdaşları ilə danışıqların aparılmasında, bədii və elmi ədəbiyyatın tərcüməsində.
Şifahi tərcümənin 2 növü mövcuddur: sinxron tərcümə və ardıcıl tərcümə.
Sinxron tərcümə ən cətin növ tərcümədir. Peşənin çətinliyi odur ki, duyulanları tez anlamağa və tərcümə etməyə, bəzən də çıxış edənlərlə eyni vaxtda danışmağa ehtiyac duyur.
Ardıcıl tərcümə natiq çıxışını bitirdikdən sonra tərcümə etməyə başlanılır.
Yazılı tərcüməçilər texniki, hüquqi, bədii ədəbiyyatın, işgüzar sənədlərin tərcüməsi ilə məşğul ola bilərlər.
Funksiyalar:
- Bir və ya bir neçə xarici dili mükəmməl bilməsi;
- Həm orijinal, həm də tərcümə dilində xüsusi terminologiyanı yaxşı bilmək (texniki tərcüməçilər üçün xüsusilə vacibdir);
- Ədəbiyyatın dərin bilikləri və ədəbi redaktə bacarıqlarının mövcudluğu (bədii ədəbiyyat tərcüməçiləri üçün).
Zəruri keyfiyyətlər:
- Linqvistik bacarıqlar;
- Yüksək analitik düşüncə;
- Böyük miqdarda məlumat saxlamaq bacarığı;
- Dəqiqlik, səbirlilik, diqqətlilik;
- Konsentrasiya etmək, diqqətli olmaq bacarığı;
- Ünsiyyətlilik;
- Şifahi qabiliyyətlər.
Tərcüməçi olmaq üçün tələblər:
- Xarici dilin mükəmməl biliyi;
- Savadlı nitq.
Qrup: III
Təhsil istiqamətləri:
Tərcümə
Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:
- Bakı Dövlət Universiteti
- Azərbaycan Dillər Universiteti
- Bakı Slavyan Universiteti
- Azərbaycan Turizm və Menecment Universiteti
- Naxçıvan Dövlət Universiteti
- Gəncə Dövlət Universiteti
- Azərbaycan Kooperasiya Universiteti
- “Azərbaycan” Universiteti
- Qərbi Kaspi Universiteti
- Xəzər Universiteti
- Bakı Avrasiya Universiteti
- “Odlar Yurdu” Universiteti
- Bakı Biznes Universiteti
- “Naxçıvan” Universiteti