Müasir dünyada insan hər gün çoxlu sayda enerji sərf edən bir çox problemlərlə üzləşir. İnsanların həyatında fiziki enerjini tələb edən işlər ikinci plana çıxaraq zehni əməyi daha böyük rol oynamağa başlayır. Həddindən artıq əqli gərginlik insan psixikasına müəyyən təsir göstərə bilər, məsələn emosional tükənmə deyilən sindroma gətirib çıxara bilər.
Fiziki yüklənmələr tələbələrin həm fiziki sağlamlığını möhkəmləndirir, həm də əqli inkişafına müsbət təsir göstərir. Sistematik fiziki məşqlər, tələbələrin gərgin tədris fəaliyyəti zamanı sinir gərginliyinin aradan qaldırılması və psixi sağlamlığın qorunması funksiyalarını yerinə yetirir.
Bir tərəfdən, insan idmanla məşğul olduğu zaman minimum zehni səy göstərir və sinir sistemi istirahət vəziyyətində olur, bir tərəfdəndə fiziki yükləmələr insanın psixikasına təsir göstərir, çünki əzələ və sinir sistemləri bir-biri ilə bağlıdılar. Buna görə daha tez-tez idmanla məşğul olmaq və zehni yükdən fiziki yüklənməyə keçmək lazımdır. Əlbəttə ki, bir çox sosial qruplar və müxtəlif insanlar emosional yüklənmələrə məruz qalır, lakin risk qrupları var ki, hansılarki emosional yükləməyə daha tez-tez məruz qalırlar. Belə bir risk qrupuna tələbələr də daxildir, yalnız bu təkçə onların yaşı ilə deyil, həmdə onların fəaliyyəti ilə də bağlı ola bilər. Təhsil prosesində gənclər mütəmadi olaraq kifayət qədər böyük miqdarda informasiya əldə edirlər, yüksək zehni fəaliyyət və maksimum diqqət mərkəzindədir.
Çoxları tədris yükünün miqdarının öhdəsindən gəlmir, həmçinin öz gününü düzgün planlaşdırmağı bacarmırlar, buna görə dərslərə ayrılmış vaxtla müqayisədə istirahət vaxtı əhəmiyyətli dərəcədə azdır. Bütün bu amillər onların emosional vəziyyətinə mənfi təsir göstərir, və nəticədə bu onların emosional fonuna təsir edərək aşırı yüklənmələrə səbəb olur.
Beləliklə, tələbələrin emosional yüklənmələrin qarşısını almaq üçün fiziki yüklənmələr ilə məşğul olmağın vacibliyini və zəruriliyini ifadə edərək, idman və fiziki yüklənmələrin bütövlükdə sinir sisteminə və orqanizmə necə təsir göstərməsinə keçid alaq.
Fizioloji baxımdan, idman stressin aradan qaldırılmasında mühüm rol oynayır, çünki enerjini faydalı bir istiqamətə yönəldərək sinir sistemini tükənmədən və aşırı yüklənmədən qoruyur.
Fiziki aktivlik nəticəsində yaranan enerji sizin orqanizmin təkmilləşdirilməsinə və pozitiv emosiyaların yaranmasına yönəlir.
Məsələ ondadır ki, istənilən fiziki tapşırıqların yerinə yetirilməsi zamanı orqanizm güclü hormon endorfin istehsal edir, hansı ki, həmçinin "xoşbəxtlik hormonu" adlandırılır, bu hormon müsbət emosiyalar üçün məsuliyyət daşıyır. Bu endorfinlərin orqanizimdə hasilatı əhval-ruhiyyənin yüksəlməsinə, qorxu hissinin azalmasına kömək edir.
Təmiz havada fiziki fəaliyyəti ilə məşğul olmaq ən faydalıdır, günəş bədəndə serotonin kimi hormonun aktiv istehsalını təşviq etdir və buda həmçinin emosional fon artırır.