Tarixçi – keçmiş və indiki hadisələri öyrənən, arxiv materiallarını tədqiq edən mütəxəssisdir. Tarixçilər müxtəlif dövlətlərin, xalqların və cəmiyyətin inkişaf qanunauyğunluqlarını təhlil edir, müxtəlif hadisələr arasında səbəb-nəticə əlaqələrini müəyyən edirlər.
Funksiyalar:
- Cəmiyyətdə baş verən hadisələrin öyrənilməsi;
- Tarixi faktlar və onların hadisələrin gedişatına təsirinin öyrənilməsi;
- Keçmiş illərin təcrübəsinə əsaslanaraq gələcək hadisələrin proqnozlaşdırılması;
- Elmi, publisistik ədəbiyyat və mətbuat vasitəsilə tədqiqat nəticələrinin işıqlandırılması;
- Arxeoloji qazıntılarda iştirak.
Zəruri keyfiyyətlər:
- Analitik düşüncə;
- Yaxşı yaddaş;
- Məntiqi təfəkkür;
- Müəyyən hadisələrin tənqidi təhlili;
- Eynitipi, təkrarlanan fəaliyyətlə məşğulluğa hazır olma;
- Detallara diqqət.
Tarixçi olmaq üçün tələblər:
Sözügedən istiqamət üzrə ali təhsilin olması;
Dil bilikləri.
Qrup: III
Təhsil istiqamətləri:
Tarix
Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:
- Bakı Dövlət Universiteti
- Naxçıvan Dövlət Universiteti
- Gəncə Dövlət Universiteti
- “Azərbaycan” Universiteti
- Qərbi Kaspi Universiteti