Stomatoloq-dişlərin, ağız boşluğunun və üz-çənə bölgəsinin xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi ilə məşğul olan həkimdir.
Stomatologiyada bir neçə istiqamətlər qeyd olunur:
Stomatoloq-terapevt diş xəstəliklərinin müalicəsi ilə məşğul olur, məsələn, kariyesi müalicə edir, plomblar qoyur, dişləri bərpa edir, ağız boşluğunda iltihabın ümumi müalicəsi ilə məşğul olur.
Stomatoloq-cərrah ağız boşluğunun xəstəliklərinin müalicəsində cərrahi müdaxilə edir, məsələn, dişlərin və diş köklərinin cərrahi yolu ilə çıxarılması.
Stomatoloq-ortopedist dişlərin bərpası və implantasiyası ilə məşğul olur.
Stomatoloq-periodontoloqun işi diş saxlayan toxumaların xəstəliklərinin, məsələn, müxtəlif diş əti iltihablarının (paradontit, qingivit) diaqnostikası və müalicəsi ilə məşğul olur.
Funksiyalar:
- Xəstələrin qəbulu və müalicəsi;
- Ağız boşluğunun profilaktik müayinəsinin keçirilməsi;
- Tibbi sənədlərin aparılması.
Zəruri keyfiyyətlər:
- Peşəkarlıq;
- Məsuliyyət;
- Xeyirxahlıq;
- Səliqəlik;
- İnsansevərlik;
- Ünsiyyət;
- Nəzakət;
- Səbirlilik.
Stomatoloq olmaq üçün tələblər:
- 6 il ümumi tibb təhsilin alınması;
- 3 il rezidentura təhsilin alınması;
- Tibbi kitabçanın və qüvvədə olan sertifikanın mövcudluğu.
Qrup: IV
Təhsil istiqamətləri:
Stomatologiya
Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:
1. Azərbaycan Tibb Universiteti
2. Naxçıvan Dövlət Universiteti