Sosioloq cəmiyyətdə, ayrı-ayrı qruplarda və icmalarda baş verən problemlərin, faktların və hadisələrin təhlili, təsviri və qiymətləndirilməsi ilə məşğul olan mütəxəssisdir.
Funksiyalar:
- Cəmiyyətin təlabatlarının təhlili;
 - Sosial inkişaf dinamikasının proqnozlaşdırılması;
 - Cəmiyyətdə yaranan sosial problemlərin həll yollarının tapılması;
 - Müxtəlif sosial qrupların fəaliyyətinin qiymətləndirilməsi;
 - Sosioloji tədqiqatların aparılması;
 - Əhalinin həyat keyfiyyətinin və effektivliyinin qiymətləndirilməsi.
 
Zəruri keyfiyyətlər:
- Analitik düşüncə;
 - Məntiqi təfəkkür;
 - Müşahidə etmə bacarığı:
 - Diqqətlilik;
 - Ünsiyyətlilik;
 - Məsuliyyətlilik;
 - Əzmkarlıq.
 
Sosioloq olmaq üçün tələblər:
İstiqamət üzrə təhsilin olması
Qrup: III
Təhsil istiqamətləri:
Sosiologiya
Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:
1. Bakı Dövlət Universiteti
2. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
3. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası
4. Sumqayıt Dövlət Universiteti
                          
                      
                        
                