Hər bir valideyn uşaqların xəstələnməsi problemi ilə az-çox üzləşir. Bəzi üşaqlar daha tez-tez, bəziləri isə nadir hallarda xəstələnir, bəzilərinin xəstəlikləri daha yüngül keçir, bəziləri isə daimi diqqət tələb edir. Bu və ya digər şəkildə ana və atalarda suallar yaranır: uşağımız niyə xəstələnib? Onu xəstəlikdən necə qorumaq olar? Xoşagəlməz simptomlardan necə qurtulmaq olar? Belə olur ki, həkiminin və valideynin əlindən gəldiyini etdiyi halda belə təyin edilən müalicə effekt vermir və burada artıq nəinki valideynlər, hətta həkim də çaşqın qalır. Bu sualların çoxuna somatoform pozuntular anlayışı elmi cavab verə bilər.
Somatoform pozuntular psixika və bədən, emosional vəziyyət və fiziki sağlamlıq arasındakı əlaqəni əks etdirən bir fenomendir. Son zamanlar “Bütün xəstəliklər əsəbdəndir" fikrini səsləndirən insanların sayı artır. “Pis” emosiyalara görə xəstələnmək mümkündürmü? Həqiqətən də ruhla bədən arasında sıx əlaqə var. Emosional vəziyyətimizi sabitləşdirməklə və stresə qarşı müqavimətimizi artırmaqla biz özümüzü müxtəlif fiziki xəstəliklərdən qoruyuruq. Həmçinin, somatoform pozuntular bu əlaqənin bütün təzahürlərini - müxtəlif xəstəlikləri və pozğunluqları əks etdirir.
Uşağın psixikası ətrafda baş verənlərə daha həssasdır, ona görə də uşaqlıqda somatoform pozuntuların yaranma riski kifayət qədər yüksəkdir.
Somatoform pozuntuların formalaşmasına kömək edən psixoloji amillər müxtəlifdir.
Məsələn, uşaq imtahana hazır olmadığı üçün və ya sinif yoldaşlarının onunla yaxşı rəftar etmədiyi üçün məktəbə getmək istəmir. Bu zaman uşaqda mədə ağrısı, qusma, qızdırma və s. simptomlar üzə çıxır. Bəzi hallarda uşaq nədənsə qorxduqda onda astma tutmaları belə başlaya bilər. Uşaq anası ilə kifayət qədər ünsiyyət qura bilmir və xəstələnir. O bu halda nə əldə edir? O, evdə oturur və anası ona qayğı, diqqət və istilik verir.
Hər bir hal fərdidir və uşağın xəstəliyi həmişə psixoloji sıxıntıya əsaslanmır. Ancaq belədirsə, nə etməli?
Adekvat və düzgün həll mütəxəssislə əlaqə saxlamaq olardı. Uşaq psixoloqu xəstəliyin psixosomatik olması ehtimalını istisna edən və ya təsdiqləyən bir diaqnoz qoyaraq və bundan sonra nə edəcəyiniz barədə sizə istiqamət verəcək.