Şəhərsalma üzrə mütəxəssis

Şəhərsalma üzrə mütəxəssis

Şəhərsalma üzrə mütəxəssis (urbanistika mütəxəssisi) – bütün memarlıq komplekslərinin, şəhər ərazilərinin, şəhərlərin mühit prinsiplərinin, şəhər  mərkəzi-maqistal yollarının və digər yaşayış məntəqələrinin yaradılması ilə məşğul olan mütəxəssisdir.

Funksiyalar:

  • Miqyası və mürəkkəblik səviyyəsi müxtəlif olan şəhərsalma obyektlərinin tədqiqi və layihələndirilməsi;
  • Bəzi hallarda şəhərsalma fəaliyyətinin idarə edilməsi (yerli və regional səviyyədə);
  • Şəhər mühitinin yaradılmasına yönəlmiş müşayiət və ekspert işinin təşkili eləcə də şəhər mühutinin insan ucun komfortlu edilməsi ilə bağlı işlər;
  • Şəhərsalma təhlilinin və iqtisadi hesablamaların aparılması;
  • Planların və gələcək binaların 3D vizualizasiya vasitəsilə şəhər interyerinin  təsvirinin   yardılması.
  • Mövcud şəhərlərin genişləndirilməsi;
  • Yeni binaların şəhər xəritələrinə salınması;
  • Analitik ve statistik nəticələr əsasında şəhərin mövcud problemlərinin aradan qaldırılması.

Zəruri keyfiyyətləri:

  • İnkişaf etmiş fəza təfəkkürü;
  • İnkişaf etmiş təxəyyül;
  • Bədii zövq;
  • İnkişaf etmiş vizual yaddaş;
  • Müşahidə etmə bacarığı;
  • Dəqiqlik;
  • Analitik düşüncə tərzi;
  • Ünsiyyətçillik;
  • Rasionallıq.

Şəhərsalma üzrə mütəxəssis olmaq üçün tələblər:

Ali təhsil 

Qrup: I

Təhsil istiqamətləri:

Şəhərsalma

Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:

1.Azərbaycan Memarlıq və İnşaat Universiteti 

2.Bakı Mühəndislik Universiteti