Rejissor

Rejissor

Rejissor – kino, teatr, estrada sənəti sahəsində çalışan mütəxəssisdir.  Musiqili klip, film, teatr tamaşaları süjetlərinin səhnələşdirilməsini rejissor həyata keçirir. Rejissorluq fəaliyyəti bir neçə dar istiqamət üzrə bölünür:

Rejissor-prodüser. Bu, çəkiliş qrupuna rəhbərlik edən mütəxəssisdir. Kino istehsalında və televiziyada yaradılan bütün proektlərdən sözügedən istiqamət üzrə fəaliyyət göstərən mütəxəssislər cavabdehdir

Teatr rejissoru. Teatrda yaradıcılıq prosesinə rəhbərlik edir, dramatik və ya musiqili dram əsərlərinin səhnələşdirilməsini həyata keçirir. 

Film rejissoru. Çəkilmiş materiallara baxır və onların arasında ən uğurlu olanını seçir. 

Səs rejissoru. Musiqi və səs dizaynından, həmçinin filmlərdə və televiziyada aktyorların nitqinin yazılmasından səs rejissoru cavabdehdir. Bəstəkarla sıx əməkdaşlıq edərək, iri layihələrdə operatorlar qrupunu idarə edir.

Funksiyalar:

  • Aktyorların kastinqini həyata keçirir, rolları bölüşdürür, aktyor heyətinin yenilənməsi və artırılması barədə təkliflər verir;
  • Kostyumların, dekorasiyaların, xüsusi effektlərin dizaynı üçün eskizlərin və maketlərin yaradılmasında iştirak edir, bütün proseslərə daim nəzarət edir;
  • Müntəzəm olaraq məşqlər təşkil edərək komandanın performansını artırmaq üçün tədbirlər görür;
  • Teatr tamaşaları, sirk tamaşaları, filmlər, seriallar, kliplər, tanıtım videoları, TV proqramların yaradılmasında iştirak.

Zəruri keyfiyyətlər:

  • Təşkilatçılıq bacarıqları;
  • Liderlik bacarıqları və natiqlik (nitqi vasitəsilə insanlara effektiv rəhbərlik etmə);
  • Detallara diqqət;
  • Bədii zövq.

Qrup: V

Təhsil istiqamətləri:

Rejissorluq

Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:

1. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti