Regionşünas müəyyən bir regionun, ölkənin və ya ölkələrin qruplarının öyrənilməsi ilə məşğul olan mütəxəssis və analitikdir. Bunlar Avropa, Asiya və ya Amerika ölkələri ola bilər. O, diplomatik orqanlar və ya kommersiya şirkətləri üçün tövsiyələr hazırlayır, tədqiqat və beynəlxalq proqramların koordinasiya ilə məşğul olur.
Funksiyalar:
- Regional inkişaf problemlərinin öyrənilməsi;
- Regionun sosial-iqtisadi kompleksinin formalaşması və fəaliyyəti;
- Regional idarəetmə;
- Bütün amillərin regional təhlili və nəzəriyyəsi;
- Regionun inkişafının əsas mərhələlərini araşdırır, müasir vəziyyəti təhlil edir, regionun inkişaf yollarını proqnozlaşdırır;
- Regionun xarici siyasət və diplomatiya proseslərini idarə edə, danışıqlar apara, beynəlxalq proqramları əlaqələndirə bilirlər.
Zəruri keyfiyyətlər:
- Analitik düşüncə;
- Dürüstlük;
- Məqsədyönlülük;
- Etibarlılıq,
- Ünsiyyətlilik;
- Müxtəlif mühitə adaptasiya olma bacarığı.
Regionşünas olmaq üçün tələblər:
- Ali təhsilin olması;
- Xarici dil biliyi.
Qrup: III
Təhsil istiqamətləri:
Regionşünaslıq
Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:
- Bakı Dövlət Universiteti
- Azərbaycan Dillər Universiteti
- Bakı Slavyan Universiteti
- Azərbaycan Kooperasiya Universiteti
- ”Azərbaycan” Universiteti
- Qərbi Kaspi Universiteti
- Xəzər Universiteti
- Bakı Avrasiya Universiteti