Qastroenterolog – mədə-bağırsaq traktının anatomik xüsusiyyətlərini öyrənən, patologiyalarla işləyən, həzm sisteminin xəstəliklərini təyin edən və müalicə edən, terapevtik qidalanma təşkil etməyə və xəstəliklərdən sonra bərpa etməyə kömək edən həkimdir.
Uşaq qastroenteroloqu- 17 yaşınadək xəstələrin həzm sisteminin problemlərini müalicəsi ilə məşğul olur.
Cərrah-qastroenteroloq- əməliyyat müdaxilələrini həyata keçirən, o cümlədən öd kisəsinin, poliplərin, daxili qanaxmanın dayandırılması kimi endoskopik müdaxilələri həyata keçirir.
Onkoloq-qastroloq- həzm sisteminin şişlərin müalicəsi ilə məşğul olur.
Hepatoloq- hepatobiliar sistemin diaqnostikası və müalicəsi ilə məşğul olur.
Proktoloq - xəstələrin rektumunun vəziyyətinə görə məsuliyyət daşıyır (babasil, kist, paraproktit).
Koloproktoloq - bağırsaq patologiyası ilə işləyir.
Funksiyalar:
- Xəstələrin müayinəsi;
- Anamnestik məlumatların toplanması;
- Xəstənin vəziyyətini aydınlaşdırmaq üçün lazım olan diaqnostik prosedurların təyin edilməsi (bu, məsələn, ultrasəs, tomoqrafiya, rentgenoskopik, endoskopik tədqiqatlar ola bilər);
- Diaqnozun qoyulması;
- Xəstənin xəstəxanaya yerləşdirməsi haqqında qərarın qəbul edilməsi;
- Müalicənin təyin edilməsi, xəstənin vəziyyətinin ,əsasən, pəhrizin seçilməsi;
- Təcili tibbi yardımın göstərilməsi;
- Tibbi preparatlarla, tibbi alətlərlə, saxlama və istismar qaydalarına riayət etməklə diaqnostik avadanlıqla işləmək;
- Pasiyentlərin dispanser müşahidəsinin həyata keçirilməsi;
- Mədə-bağırsaq traktının xəstəliklərinin profilaktikası üzrə tədbirlərin keçirilməsi.
Zəruri keyfiyyətlər:
- Psixoloji həssaslıq;
- Məsuliyyət; səbir;
- Ünsiyyət; sadiqlik;
- Konsentrasiya;
- Səliqəlik;
- Əzmkarlıq.
Qastroenteroloq olmaq üçün tələblər:
- 6 il ümumi tibb təhsilin alınması;
- 4 il rezidentura təhsilin alınması.
Qrup: IV
Təhsil istiqamətləri:
Tibb
Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:
1.Azərbaycan Tibb Universiteti
2.Naxçıvan Dövlət Universiteti
3.İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı