Prokuror - məhkəmədə ittihamçını təmsil etmək, həmçinin dövlətin demək olar ki, bütün sahələrində qanunçuluğa əməl olunmasına nəzarət etmək səlahiyyətinə malik olan şəxsdir.
Funksiyalar:
- İttihamçı kimi mülki və cinayət məhkəmələrində iştirak;
- Hakimin qanuna uyğun olmayan qərarlarına etiraz;
- İnzibati xətaların araşdırılması və onlara dair icraatın təşkili;
- Məhkəmənin hökmlərinin qüvvəyə minməsi prosesinə nəzarət;
- Vətəndaşlarla iş;
- Şikayətlərin qəbulu, baxılması və emalı;
- Sübutların əldə edilməsi üçün araşdırmaların aparılması;
- Hüquqi sahənin təkminləşdirilməsi.
Zəruri keyfiyyətlər:
- Qanunvericiliyi mükəmməl səviyyədə bilmək;
- Məsuliyyətli olmaq;
- Dürüst, ədalətli, satılmaz, cəsarətli olmaq;
- Yüksək inkişaf etmiş kəşfiyyat, analitik və strateji düşüncəyə sahib olmaq;
- Davamlı mənəvi-iradəli keyfiyyətlərə malik olmaq;
- Böyük informasiya axınına istiqamətlənmək bacarığı;
- Emosional dayanıqlılıq;
- Tez qərar vermək bacarığı.
Prokuror olmaq üçün tələblər:
- İstiqamət üzrə ali təhsilin olması;
- Bir iş təcrübəsi;
- Prokurorluğa işə qəbul müsabiqəsindən keçmək.
Qrup: III
Təhsil istiqamətləri:
Hüquqşünaslıq
Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:
- Bakı Dövlət Universiteti
- Azərbaycan Respublikası Prezident yanında Dövlət İdarəçilik Akademiyası
- “ADA” Universiteti
- Milli Aviasiya Akademiyası
- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası
- Naxçıvan Dövlət Universiteti