İş yükünü idarə etmək bacarığı vacib olan hər detala diqqət yetirmək bacarığından asılıdır.
Prioritetləşdirmə bacarığı - əhəmiyyət təşkil edən tapşırıqların, vacib məsələlərin, problemlərin həllinin ardıcıllığının təyin olunmasını və işlərin vaciblik dərəcəsinə görə ayırd edilməsini ehtiva edir.
Görülməli işin prioritetləşdirilməsi - iş prosesini planlaşdırmağı, tapşırıqları təhlil etməyi,qarşıya qoyulmuş qısamüddətli və uzunmüddətli hədəflərə çatmaq məqsədilə vaxt ayırmağı və səy göstərməyi əhatə edir. Görüləcək işləri prioritetləşdirdiyimiz təqdirdə biz nisbətən daha az əhəmiyyət daşıyan bir işi daha təcili bir işin icrası səbəbi ilə təxirə sala bilərik.
1. Görüləcək bütün işlərin siyahısını tərtib edin
Effektiv prioritetləşdirmə, icra ediləcək tapşırıqları başa düşməklə əldə edilir. Buna görə də hətta gündəlik görüləcək işlərin belə yazılması və hesablanması lazımdır. Maksimumnəticə əldə etmək üçün həm şəxsi, həm də iş tapşırıqlarını bir siyahıya daxil etmək tövsiyə olunur.
2. Nəyin vacib olduğunu müəyyənləşdirin: həqiqi hədəfləri anlayın
Prioritetləşdirmə operativ vaxt idarəetmə strategiyasına bənzəsə də, uzunmüddətli hədəflərə çatmaq üçün əsas amildir. Təqdimat, tamamlanmış bir layihə və ya karyera dəyişikliyi, həqiqətən nəyə can atdığınızı anlamağa, gələcək nəticələrə ən uyğun olan tapşırıqların siyahısını təyin etməyə imkan verir.
3. Ən təcili görüləcək işləri vurğulayın
Görüləcək işlər siyahısında son tarixlər aydın şəkildə göstərilməlidir ki, hansı tapşırığın təcili yerinə yetirilməsini müəyyənləşdirmək və son tarixdən asılı olaraq gələcək işləri planlaşdırmaq daha asan olsun.
4. Tapşırıqları əhəmiyyətinə və vacibliyinə görə sıralayın
İş adamı və vacib məsələlər üzrə məruzəçi Stefan Kovi 1989-cu ildə yazdığı "Yüksək effektiv insanların 7 vərdişi" adlı kitabında tapşırıqları kateqoriyalar üzrə ayırmağı və sonra əhəmiyyətinə və aktuallığına görə sıralamağı təklif etmişdi.
Təcili və vacib görüləcək işlər: ilk növbədə yerinə yetirilməlidir
Vacib, lakin təcili olmayan işlər: təqviminizdə işin fasiləsiz icrası üçün vaxt ayırın
Təcili, lakin vacib olmayan işlər: bu kateqoriyaya aid olan işlərinizi başqalarına icra etmək üçün həvalə edə bilərsiniz.
Təcili olmayan və əhəmiyyətsiz işlər: bu cür işləri görüləcək işlər siyahınızdan silin
5. Bir-birinə mane olan prioritetlərdən çəkinin
İşlər çox qəliz olmadığı təqdirdə bir neçəsinin üzərində eyni vaxtda çalışmaq mümkündür. Lakin, araşdırmalar göstərir ki, işlərin çətinlik səviyyəsi artdıqca ən səlahiyyətli insanlar əksər hallarda bir hədəfi (işi) prioritet kimi seçərək onun icrasına üstünlük verə, səlahiyyəti az olanlar isə eyni anda bir çox işi özlərinə prioritet seçərək üzərində işləyə bilərlər. Bir neçə işin icrasına eyni anda başlamaq məhsuldarlığın azalmasına yol aça, başqa sözlə desək daha vacib işlərin keyfiyyətsiz yerinə yetirilməsinə səbəb ola bilər.
6. Tapşırığı yerinə yetirmək üçün lazım olan vaxtı və səyi nəzərə alın
Görüləsi işlər siyahısına baxanda işin həcminin çoxluğundan asanlıqla ruhdan düşmək mümkündür. Bu hiss məhsuldarlığı azaldaraq prokrastinasiyaya (təxirə salmaya) gətirib çıxara bilər. Belə halları aradan qaldırmaq üçün tapşırıqları yerinə yetirmək üçün lazım olan səy və gücü qiymətləndirmək və ya hesablamaq lazımdır.
7. Yerinə yetiriləcək işlər siyahısını prosesin icrası zamanı yenidən gözdən keçirin və realist olun.
"Nəzarəti və konsentrasiyanı bərpa etmək" məqsədilə görüləsi işlər siyahısının və prioritetlərin mütəmadi olaraq nəzərdən keçirilməsi həlledici əhəmiyyətə malikdir. Bu şəkildə siz prioritetlərinizi üstün tutaraq, özünüzdə iş yükünü düzgün idarə etmək vərdişini tərbiyə edib, səmərəliliyinizi artıra bilərsiniz.