Notarius

Notarius

Notarius - dövlət adından vətəndaşların və şirkətlərin mənafeyi naminə notariat hərəkətlərini aparan mütəxəssisdir. Mülkiyyət hüququ haqqında şəhadətnamələr verir, sənədlərin surətlərini təsdiq edir, həqiqiliyini və tərcümələrin düzgünlüyünü təsdiq edir, əmlaka sərəncam verilməsinə qadağa qoyur, başqa hərəkətlər edir. Notariusların işi vətəndaşların hüquqlarının müdafiəsinə və sazişlərin təhlükəsizliyinin və təmizliyinin təmin edilməsinə yönəlib. Notarius vətəndaş müqavilədə göstərilən şərtlərlə əqdi bağlamaq istəyib-istəmədiyini müəyyən edir, həyata keçirilən notarial hərəkətin hüquqi nəticələrini izah edir və beləliklə, insanları dələduzluqdan qoruyur.

Funksiyalar:

  • Daşınmaz əmlak ilə əlaqəli sənədləri hazırlayır;
  • Vərəsəlik hüququ haqqında şəhadətnaməni verir;
  • Sənədlərdə imzanın sadiqliyini təsdiq edir;
  • Sənədlərin həqiqiliyini, onların nüsxələrini və tərcümələrini təsdiq edir;
  • Nikah müqaviləsi, aliment müqaviləsi, əmlakın bölünməsi haqqında sazişlər hazırlayır.

Zəruri keyfiyyətlər:

  • Zehinlilik;
  • Dəqiqlik,;
  • Səbirlilik;
  • Stres müqaviməti;
  • Prinsipiallıq.

Notarius olmaq üçün tələblər:

Ali hüquq təhsilli olmalı

Qrup: III

Təhsil istiqamətləri:

Hüquqşünaslıq      

Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:

1. Bakı Dövlət Universiteti                       

2.Azərbaycan Respublikası Prezident yanında Dövlət İdarəçilik Akademiyası

3. “ADA” Universiteti

4. Milli Aviasiya Akademiyası

5.Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası

6.  Naxçıvan Dövlət Universiteti