Müxbir

Müxbir

Müxbir – aktual hadisələr barədə məlumat yığan, məqalələr yaradaraq onları qəzetlərə, jurnallara təqdim edən və ya hadisə yerindən radio və televiziya üçün canlı reportajlar aparan mütəxəssisdir.

Funksiyalar:

  • Tədbirlərə və hadisə yerlərinə getmək;
  • Konkret mövzu və ya istiqamət üzrə məlumat toplanmaq;
  • İnformasiya süjetlərinin yaradılması;
  • Məqalələr, xəbərlər və rəylər yazmaq;
  • Müsahibələrin keçirilməsi. 

Zəruri keyfiyyətlər:

  • Səlis şifahi və yazılı nitq;
  • Ünsiyyətlilik;
  • Müşahidə etmə bacarığı;
  • Yaradıcılıq;
  • Məlumat toplama marağı;
  • Stresə dözümlülük. 

Müxbir olmaq üçün tələblər:

İstiqamət üzrə təhsil

Qrup: III

Təhsil istiqamətləri:

Jurnalistika

Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:

1. Bakı Dövlət Universiteti

2. Azərbaycan Dillər Universiteti 

3. Bakı Slavyan Universiteti

4. Naxçıvan Dövlət Universiteti