Müstəntiq cinayəti araşdıran hüquqşünasdır. Cinayət işi baş verdikdə, müstəntiq hadisə yerinə gedir, mövcud olan dəlil-sübutları təhlil edir, şahidlərin sorğularını və şübhəlilərin dindirilməsini aparır. Zəruri məlumatları aldıqdan sonra müstəntiq hadisənin müxtəlif versiyalarını təhlil edir və təqsirləndirilən şəxsin günahını sübut edir, bundan sonra iş üzrə sənədlər məhkəməyə göndərilir.
Funksiyalar:
- Cinayət işinin başlanması;
- Cinayət istintaqının həyata keçirilməsi;
- İstintaq və digər prosessual hərəkətlərin aparılması haqqında qərarların qəbul edilməsi;
- Müvafiq sənədlərin rəsmiləşdirilməsi;
- İttiham rəyinin hazırlanması.
Zəruri keyfiyyətlər:
- Analitik düşüncə;
- Müşahidə etmə bacarığı,;
- Diqqətlilik və səbirlilik;
- Prinsipiallıq və dürüstlük;
- İnsanlarla işləmək bacarığı;
- Psixologiya üzrə fundamental biliklər;
- Faktları müqayisə etmək və düzgün nəticələr əldə etmək bacarığı;
- Özünə inam və tez qərar qəbul etmək bacarığı;
- Gərgin iş şəraitində işləmək bacarığı.
Müstəntiq olmaq üçün tələblər:
İstiqamət üzrə təhsilin olması
Qrup: III
Təhsil istiqamətləri:
Hüquqşünaslıq
Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:
1. Bakı Dövlət Universiteti
2.Azərbaycan Respublikası Prezident yanında Dövlət İdarəçilik Akademiyası
3. “ADA” Universiteti
4. Milli Aviasiya Akademiyası
5.Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası
6. Naxçıvan Dövlət Universiteti