Musiqişünas – musiqi mədəniyyətinin formalaşma və inkişaf tarixini, formalarını, xüsusiyyətlərini, cəmiyyətə göstərdiyi təsirini araşdıran mütəxəssisdir. Musiqişünas - musiqi tarixi, nəzəriyyəsi və üslubları üzrə dərin biliklərə malik olmaqla öz işində müxtəlif sahələri birləşdirir. Onun vəzifələrinin həcmi işlədiyi yerdən və sahədən asılıdır. Bəzi mütəxəssislər yaradıcı kollektivlərdə işləyir, məsləhətçi vəzifəsini tutur, sənətlə bağlı televiziya proqramlarının hazırlanmasında iştirak edir, aparıcı və dəvətli qonaq kimi çıxış edirlər.
Funksiyalar:
- Məlumatların toplanması və emalı;
- Materialların hazırlanması, o cümlədən annotasiyaların, resenziyaların, məqalələrin, topluların, ensiklopediyaların, dərsliklərin, dərs vəsaitlərinin hazırlanması;
- Mövzuların seçilməsi, mühazirə-konsertlərin təşkili və keçirilməsi;
- Musiqi sahəsində tənqidçi və konsultant fəaliyyətinin / xidmətinin göstərilməsi;
- Filarmoniyalar, eləcə də digər mədəniyyət və incəsənət müəssisələrində repertuarların tərtibi;
- Musiqinin üstünlüklərinin təbliği.
Zəruri keyfiyyətlər:
- Analitik düşüncə;
- Estetik zövq;
- Ədəbi istedad;
- Ünsiyyətlilik;
- İntizamlılıq;
- İncəsənətə maraq;
- Fikirlərini düzgün ifadə etmə bacarığı;
- Tamaşaçıların diqqətini cəlb etmə bacarığı.
Musiqişünas olmaq üçün tələblər:
Sözügedən istiqamət üzrə ali təhsilin olması.
Qrup: V
Təhsil istiqamətləri:
Musiqişünaslıq
Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:
1. Bakı Musiqi Akademiyası
2. Azərbaycan Milli Konservatoriyası
3. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
4. Naxçıvan Dövlət Universiteti