Mühasib

Mühasib

Mühasib təşkilatda maddi dəyərin uçotu, tədarükçülər və sifarişçilərlə hesablaşma, əmək haqqlarının, vergilərin ödənişi və s. məşğul olan mütəxəssisdir. Məsələn, mühasib işçilərin maaşına, yeni avadanlığın alınmasına, vergi ödənişlərinə və s. nə qədər pulun xərcləndiyini yazır və hesablayır. Bütün hesablamaları mühasib baş sənədə – mühasibat balansına daxil edir, burada təşkilatın pulunun bütün hərəkətləri qeydə alınır.

Funksiyalar:

  • İlkin uçot-aktların, hesabların, təsərrüfat müqavilələrinin və s. toplanması;
  • Uçot siyasətinin formalaşdırılmasında iştirak, idarəetmə uçotunda yardım;
  • Mühasibat uçotunun, mühasibat proqramlarının aparılması, təşkilatın hesablarında əməliyyatların əks olunması;
  • Kassa əməliyyatlarının aparılması, banklarla və kreditorlarla ünsiyyət;
  • Əmək haqqının hesablanması, xəstəxana məzuniyyətlərinin hesablanması, kompensasiyalar, ödəniş cədvəllərinin tərtib edilməsi, əmək haqqı ödənişlərinin idarə edilməsi;
  • Vergi bazasının formalaşdırılması, sığorta haqlarının və ödənişlərin hesablanması, fondlara köçürmələr;
  • Mühasibat, vergi, statistika hesabatlarının tərtib edilməsi və ötürülməsi. Yoxlama orqanları ilə qarşılıqlı əlaqə, məlumatların verilməsi;
  • İqtisadi, vergi və əmək sahələrində aktual informasiya və qanunvericilik dəyişikliklərinin izlənməsi;
  • Maliyyə sənədlərinin toplanması, arxivləşdirilməsi və saxlanması.

Zəruri keyfiyyətlər:

  • Analitik düşüncə tərzi və maraq;
  • Normativ sənədlərlə işləmək bacarığı;
  • Mütəşəkkillik və məsuliyyət;
  • Stressədözümlülük; 
  • Böyük həcmdə informasiya ilə işləmək bacarığı;
  • Diqqət konsentrasiyası.

Mühasib olmaq üçün tələblər: 

Orta ixtisas və ya ali təhsilin olması;

Baş mühasib olmaq üçün ali təhsilin olması vacibdir. 

Qrup: II 

Təhsil istiqamətləri:

Mühasibat (bakalavr pilləsi);

Mühasibat uçotu (kollec);

Əməliyyatçı-mühasibat (peşə məktəbi).

Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:   

  1. Azərbaycan Dövlət İqtisad Universiteti
  2. Bakı Mühəndislik Universiteti
  3. Naxçıvan Dövlət Universiteti
  4. Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə)
  5. Gəncə Dövlət Universiteti (əyani)
  6. Azərbaycan Texnologiya Universiteti (Gəncə)
  7. Sumqayıt Dövlət Universiteti
  8. Mingəçevir Dövlət Universiteti
  9. Lənkaran Dövlət Universiteti
  10. Azərbaycan Kooperasiya Universiteti
  11. “Azərbaycan” Universiteti
  12. Qərbi Kaspi Universiteti
  13. Xəzər Universiteti
  14. Bakı Avrasiya Universiteti
  15. “Odlar Yurdu” Universiteti
  16. Bakı Biznes Universiteti
  17. “Naxçıvan” Universiteti
  18. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası