Mexanika mühəndisi müxtəlif istehsal sahələrində mexaniki avadanlıqların, aparatların, maşınların layihələndirilməsi və tikintisi ilə məşğul olan mütəxəssisdir. Bu peşə universal peşə hesab edilir, çünki onun nümayəndələri texnologiya dünyasındakı digər peşələrə də asanlıqla uyğunlaşa bilirlər.
Funksiyalar:
- Mexaniki avadanlıqların konstruksiya və çertyojlarının hazırlanması;
- Avadanlıqların istehsal güclərinin və ifrat yüklənmə həddlərinin hesablanması;
- İstehsalat işlərinin keyfiyyəti üzərində nəzarətin həyata keçirilməsi;
- Avadanlıqların sınaqdan keçirilməsi və istismara verilməsi;
- Mexanizm və avadanlıqların diaqnostikasının, texniki baxışının və cari təmirinin aparılması.
Zəruri keyfiyyətlər:
- Möhkəm fiziki sağlamlıq;
- Texniki təfəkkür;
- Texnologiyaya maraq;
- Texniki fərasət;
- Yaradıcılıq;
- Sürətli reaksiya;
- Konstruktiv həllərə yönəlik məntiqi təfəkkür;
- Analitik düşüncə;
- Konsentrasiya saxlama bacarığı;
- Təşkilatçılıq bacarıqları;
- Əzmkarlıq;
- Diqqətlilik;
- Yüksək məsuliyyətli situasiyalarda effektiv qərar qəbul etmə bacarığı.
Mexanika mühəndisi olmaq üçün tələblər:
Sözügedən istiqamət üzrə təhsilin olması.
Qrup: I
Təhsil istiqamətləri:
Mexanika mühəndisliyi
Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:
- Azərbaycan Dövlət Neft və Sənayə Universiteti
- Azərbaycan Texniki Universiteti
- Azərbaycan Memarlıq və İnşaat Universiteti
- Bakı Mühəndislik Universiteti
- Sumqayıt Dövlət Universiteti
- Qərbi Kaspi Universiteti
- Xəzər Universiteti