Menecer işin idarə olunması və təşkili sahəsində mütəxəssisdir. O, personala rəhbərlik edir, firmanın işinin bu və ya digər istiqamətindən cavabdehdir və daim insanlarla ünsiyyət qurur. O, rəhbər olaraq nəticələrə görə məsuliyyət daşıyır və təşəbbüs göstərməyə borcludur.
Funksiyalar:
- Sıravi işçilər arasında vəzifələrin bölüşdürülməsi;
- Onların işinin keyfiyyətinə və alınan nəticələrə nəzarət;
- Reqlamentlər, iş alqoritmləri yaratmaq;
- Əyani və telefonla danışıqların, işgüzar yazışmaların aparılması;
- Kargüzarlıq: sənədlərin hazırlaması.
Zəruri keyfiyyətlər:
- İnformasiya ilə işləmə bacarığı: lazımi məlumatları tapmaq, təqdim olunan materialları anlamaq;
- Danışıqların aparılması bacarıqları;
- Ünsiyyətçillik, insanlarla ünsiyyət qurma bacarığı;
- Təşkilatçılıq qabiliyyəti;
- Yaxşı yaddaş və məntiqi düşünmə bacarığı;
- Məlumatların təhlili və tez qərar qəbul etmə bacarığı;
- Stresə qarşı müqavimətlilik.
Menecer olmaq üçün tələblər:
İstiqamət üzrə təhsilin olması
Qrup: II
Təhsil istiqamətləri:
Menecment
Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:
- Bakı Dövlət Universiteti
- Azərbaycan Dövlət Neft və Sənaye Universitet
- Azərbaycan Texniki Universiteti
- Azərbaycan Memarlıq və İnşaat Universiteti
- Azərbaycan Dövlət İqtisad Universiteti (Bakı, Zaqatala)
- Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
- Azərbaycan Turizm və Menecment Universiteti
- Milli Aviasiya Akademiyası
- Naxçıvan Dövlət Universiteti
- Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə)
- Gəncə Dövlət Universiteti
- Sumqayıt Dövlət Universiteti
- Mingəçevir Dövlət Universiteti
- Lənkəran Dövlət Universiteti
- Azərbaycan Kooperasiya Universiteti
- “Azərbaycan” Universiteti
- Qərbi Kaspi Universiteti
- Xəzər Universiteti
- “Odlar Yurdu” Universiteti
- Bakı Biznes Universiteti