Maliyyəçi-müəssisənin gəlirlərinin artırılması məqsədi ilə maliyyə kapitalının effektiv şəkildə yatırılması üzərində işləyən mütəxəssisdir. Bu, pul əməliyyatlarından mənfəət əldə etmək, kapitalın idarə edilməsi, müxtəlif layihələrə vəsait yatırmaq məqsədi ilə həyata keçirilir.
Funksiyalar:
- Şirkətin maliyyə axınlarının düzgün idarə edilməsi;
- Şirkətin gəlirlərinin/xərclərinin idarə edilməsi, resurslardan səmərəli istifadənin təmin edilməsi;
- Biznesin vergi planlaşdırılması;
- Şirkətin maliyyə siyasətinin strateji planlaşdırılması;
- Mümkün kommersiya risklərinin təhlili və minimallaşdırılması;
- Mövcud qanunvericiliyə uyğun olaraq şirkətin fəaliyyətinin idarə edilməsinə nəzarət;
- Maliyyə hesabatlarının hazırlanması;
- Şirkətin sövdələşmələrinin maliyyə-iqtisadi təhlili;
- Maliyyə və mühasibat xidmətlərinin fəaliyyətinə nəzarət.
Zəruri keyfiyyətlər:
- Yüksək performans;
- Analitik düşüncə;
- Uzun müddət ərzində diqqətin konsentrasiyası və paylanması qabiliyyəti;
- Riyazi bacarıqlar;
- Yaxşı və uzunmüddətli yaddaş;
- Şəxsi mütəşəkkillik;
- İntellektual müstəqillik;
- Ünsiyyət və təşkilatçılıq bacarıqları;
- Özünəinam, məqsədyönlülük;
- Məsuliyyət.
Maliyyəçi olmaq üçün tələblər:
İstiqamət üzrə təhsilin olması
Qrup: II
Təhsil istiqamətləri:
Maliyyə
Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:
- Bakı Dövlət Universiteti
- Azərbaycan Dövlət İqtisad Universiteti
- Bakı Mühəndislik Universiteti
- “ADA” Universiteti
- Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə)
- Gəncə Dövlət Universiteti
- Sumqayıt Dövlət Universiteti
- Mingəçevir Dövlət Universiteti
- Lənkəran Dövlət Universiteti
- Azərbaycan Kooperasiya Universiteti
- “Azərbaycan” Universiteti
- Qərbi Kaspi Universiteti
- Xəzər Universiteti
- Bakı Avrasiya Universiteti
- “Odlar Yurdu” Universiteti
- Bakı Biznes Universiteti
- “Naxçıvan” Universiteti
- Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası