Kosmetoloq - müştərinin üz və bədəninə qulluq, müalicə və korreksiya prosedurları ilə məşğul olan estetik sahə mütəxəssisidir.
Hazırlıq səviyyəsindən asılı olaraq estetik mütəxəssislər iki fəaliyyət istiqaməti üzrə fərqləndirilir:
Kosmetoloq-estetist. Bu gözəllik səhasi işçisidir. Adətən, bu mütəxəssis öz bilik və bacarıqlarını kurslarda alır ki, bu da müvafiq sertifikatla təsdiq oluna bilər. O, estetik cəhətdən problem yaradan kiçik dəri qüsurlarının aradan qaldırılmasına yönəlmiş sadə prosedurlar həyata keçirir.
Həkim-kosmetoloq və ya kosmetoloq-dermatoloq. Bu, ali tibbi təhsil almış və kosmetologiya kurslarını bitirmiş mütəxəssisdir. O daha çox məlumat bazasına malikdir, yalnız kiçik qüsurlarla deyil, ciddi dəri xəstəlikləri ilə də işləyərək, düzgün diaqnoz qoya və müalicə edə bilir.
Funksiyalar:
- Üzün estetik kosmetologiyası üzrə işlərin yerinə yetirilməsi: təmizləmə, qulluq, masaj, qaşların və kirpiklərin korreksiyası;
- Bədənin estetik kosmetologiyası üzrə işlərin yerinə yetirilməsi: SPA-prosedur və bədən quruluşu korreksiyası proqramları;
- Üz və bədən dərisinə qulluq məqamları üzrə müştərilərə tövsiyələrin verilməsi.
Zəruri keyfiyyətlər:
- İnkişaf etmiş kiçik motorika;
- Yaxşı və uzunmüddətli yaddaş;
- Səliqəlilik;
- Daima yeni biliklər əldə etmə arzusu;
- Məsuliyyətlilik;
- Peşəkarlıq;
- Ünsiyyətlilik;
- Stresə dözümlülük.
Kosmetoloq olmaq üçün tələblər:
- 6 illik ümumi tibb təhsili;
- 4 illik rezidentura təhsili;
- İstiqamət üzrə lazımi kursların bitirilməsi və sertifikatların alınması.
Qrup: IV
Təhsil istiqamətləri:
Tibb
Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:
1.Azərbaycan Tibb Universiteti
2.Naxçıvan Dövlət Universiteti
3.İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı