Kompüter Mühəndisi

Kompüter Mühəndisi

Kompüter mühəndisləri avtomatlaşdırma və kommunikasiya sistemləri hazırlayırlar. Onlar avtomatlaşdırılmış sənaye proseslərini proqramlaşdırır, optimallaşdırır və nəzarət edirlər. Kompüter mühəndisləri şirkətlərin şəbəkələrini və serverlərini konfiqurasiya edir, onları müşahidə edirlər. Həmçinin kommunikasiyalar və məlumat axınlarını təşkil edir və məlumat bazalarını inkişaf etdirir. Proqram təminatı sahəsində onlar, məsələn, əməliyyat sistemlərini hazırlayır və ya əməliyyat sistemlərini müvafiq korporativ təşkilat strukturlarına uyğunlaşdırırlar. Bu sistemlərin təhlili və monitorinqi üçün də məsuliyyət daşıyırlar.

Funksiyalar:

  • Kompüter avadanlığının istehsalı və quraşdırılması;
  • Təchizat və proqram sistemlərinin seçilməsində sifarişçilərə yardım;
  • Texniki sistemlər üçün aparat və proqram təminatı hazırlanması;
  • Kompüter şəbəkələri yaradır və onların fasiləsiz işləməsini təmin edirlər;
  • Texniki tətbiqlər proqramlaşdırırlar; 
  • Kommunikasiya və məlumatların ötürülməsi üçün informasiya sistemləri tətbiq edirlər.

Zəruri keyfiyyətlər:

  • Məntiqi təfəkkür;
  • Diqqət və fokus etmə bacarığı;
  • Komandada işləmə bacarığı;
  • Məsuliyyət;
  • Problemləri həll etmək bacarığı;
  • Güclü texniki bacarıqlar;
  • Alqoritmik düşüncə;
  • Stresə dözümlülük. 

Kompüter Mühəndisi olmaq üçün tələblər:

İxtisas üzrə təhsil

Qrup: I

Təhsil istiqamətləri:

Kompüter mühəndisliyi

Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri: 

  1. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  2. Azərbaycan Texniki Universiteti
  3. Bakı Mühəndislik Universiteti
  4. Milli Aviasiya Akademiyası
  5. Bakı Ali Neft Məktəbi
  6. Naxçıvan Dövlət Universiteti
  7. Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə)
  8. Azərbaycan Texnologiya Universiteti (Gəncə)
  9. Sumqayıt Dövlət Universiteti
  10. Lənkəran Dövlət Universiteti
  11. “Azərbaycan” Universiteti
  12. Qərbi Kaspi Universiteti
  13. Xəzər Universiteti
  14. “Odlar Yurdu” Universiteti
  15. “Naxçıvan” Universiteti