Kimya mühəndisi-kimya istehsalatının (məsələn, rezin, keramika və şüşə, gübrə, məişət kimyası istehsalı) öyrənilməsi və hazırlanması ilə məşğul olan mütəxəssisdir. Kimya mühəndisinin əsas vəzifəsi istehsal mərhələlərini və üsullarını elə planlaşdırmalıdır ki, nəticədə lazımi xüsusiyyətləri ilə zəngin və keyfiyyətli məhsul əldə edilsin.
Kimya mühəndisi xammal xərclərinin, tullantıların istehsalı və atılması üçün müəssisənin xərclərinin hesablanması ilə məşğul olur, materialların və məhsulların keyfiyyətinə nəzarət edir. Mütəxəssis məhsul istehsalı üçün texnoloji proseslərin səmərəliliyinin artırılması istiqamətində də araşdırma aparır.
Funksiyalar:
- Laboratoriya cihazlarının düzgünlüyünü və laboratoriya qablarının kalibrini yoxlamaq;
- Xammal, yarımfabrikatlar, yardımçı materiallar və hazır məhsullar üzrə analizlər aparmaq;
- Nəzarət-ölçü cihazlarının işlək vəziyyətinə nəzarət etmək.
- Reaktivlərin düzgün vəziyyətdə saxlanılması;
- İş yerində sağlam və təhlükəsiz iş şəraiti təmin etmək. Əməyin mühafizəsi, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi üzrə qüvvədə olan qaydalara və normalara riayət etmək.
Zəruri keyfiyyətlər:
- Xırdalıqlara diqqət;
- Analitik düşüncə;
- Yaxşı görmə qabiliyyəti;
- Yaxşı yaddaş;
- Dəqiqlik;
- Məsuliyyətlilik.
Kimya mühəndisi olmaq üçün tələblər:
- Ali təhsilin olması;
- Kompüterdə işləmə bacarıqları;
- İşlənilən sahə üzrə təcrübə.
Qrup: IV
Təhsil istiqamətləri:
Kimya mühəndisliyi
Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:
1. Bakı Dövlət Universiteti
2. Azərbaycan Dövlət Neft və Sənayə Universiteti
3. Azərbaycan Texniki Universiteti
4. Bakı Mühəndislik Universiteti
5. Sumqayıt Dövlət Universiteti
6. Xəzər Universiteti