Kartoqraf kağız və elektron xəritələrin hazırlanması üzrə mütəxəssisdir. Kartoqraf öz işində adətən kartoqramlardan, xəritələrdən, kartoqrafik proyeksiyalardan istifadə edir. Xəritələr təyyarələrdən, kosmik zondlardan və peyklərdən çəkilmiş hava fotoşəkillərindən tərtib edilir.
Funksiyalar:
- Kartoqrafik məhsulları çapa hazırlanması;
- Elektron coğrafi xəritələrin yaradılması və redaktəsi;
- Rəqəmsal və elektron xəritələr yaratmaq üçün kompüter texnologiyasından istifadə edilməsi;
- Lazımi məlumat bazalarının yaradılması və inkişaf etdirilməsi;
- Xəritədə düzəlişlərin edilməsi;
- Müasir kartoqrafiyanın yerli və dünya elmi-praktik nailiyyətlərinin və inkişaf istiqamətlərinin öyrənilməsi.
Zəruri keyfiyyətlər:
- Analitik düşüncə;
- Müşahidə etmək bacarığı;
- Məsuliyyətlilik;
- Dəqiq elmlərə meyillilik;
- Yaxşı inkişaf etmiş xırda motorika.
Kartoqraf olmaq üçün tələblər:
Ali təhsilin olması;
Rəsm çəkmək bacarığı.
Qrup: I
Təhsil istiqamətləri:
Geomatika və geodeziya mühəndisliyi
Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:
1. Bakı Dövlət Universiteti
2. Azərbaycan Memarlıq və İnşaat Universiteti