Kardioloq

Kardioloq

Kardioloq - ürək və qan damarlarının işinin öyrənilməsi üzrə ixtisaslaşan həkimdir. Kardioloq miokard infarktı, insult, ürəyin işemik xəstəliyi, miokardit, endokardit, ürək qüsurları və s. ürək xəstəliklərinin profilaktikası və müalicəsi ilə məşğul olur.

Kardiologiyada bir neçə dar ixtisaslar mövcuddur:

Uşaq kardioloqu 17 yaşınadək uşaqlarla işləyir;

Kardiocərrah damar, ürək və aorta əməliyyatlarını aparır (rezidenturada 5 il təhsil alır);

Aritmolog ürək ritminin pozulması ilə məşğul olur;

Kardioloq-revmatoloq ürəyə təsir edən revmatizm və onun nəticələrini müalicə edir. 

Funksiyalar:

  • Risk faktorlarının erkən diaqnostikası vasitəsilə ürək xəstəliklərinin qarşısının alınması;
  • Diaqnostika, müalicə və xəstələrin konsultasiyası;
  • Xəstələrə təcili yardım (zəruri hallarda) göstərilməsi və onların gələcək reabilitasiyası;
  • Profilaktik müayinələr.

Zəruri keyfiyyətlər:

  • Analitik düşüncə;
  • Yaxşı və uzunmüddətli yaddaş;
  • Çox sayda informasiya ilə işləmək bacarığı;
  • Məsuliyyətlilik;
  • Peşəkarlıq;
  • Ünsiyyətlilik;
  • Qeyri-ənənəvi şəraitdə işləməyə hazır olma.

Kardioloq olmaq üçün tələblər:

  • 6 illik ümumi tibb təhsili;
  • 4 illik rezidentura təhsili.

Qrup: IV

Təhsil istiqamətləri:

Tibb

Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:

1. Azərbaycan Tibb Universiteti

2. Naxçıvan Dövlət Universiteti

3. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı