İnfeksionist-patogen mikroorqanizmlərin yaratdığı ətraf üçün yoluxucu xəstəliklərin profilaktikası, diaqnostikası və terapiyası ilə məşğul olan həkimdir. İnfeksionistin əsas vəzifəsi bu növ xəstəliklərin müalicəsidir, profilaktik tədbirlər isə epidemioloq tərəfindən həyata keçirilir, buna görə də iş prosesində infeksionist, ilk növbədə, düzgün diaqnoz qoyaraq ona müvafiq terapiya təyin etməlidir.
Funksiyalar:
- Yoluxucu xəstələrə təcili və planlaşdırılmış tibbi yardımın göstərilməsi;
- Xəstənin müalicə və müayinələrinin planlaşdırılması;
- Stasionar xəstələrin gündəlik poliklinikada qəbulu;
- Mövsümi epidemiyalara qarşı mübarizə üçün tədbir proqramlarının hazırlanması;
- Diaqnozun qoyulması və lazımi müalicənin seçilməsi;
- Kiçik və orta tibb işçilərinin işinin təşkili.
Zəruri keyfiyyətlər:
- Analitik düşünmə bacarığı;
- Yaxşı və uzunmüddətli yaddaş;
- Çox sayda informasiya ilə işləmə bacarığı;
- Məsuliyyətlilik;
- Peşəkarlıq;
- Ünsiyyətlilik.
İnfeksionist olmaq üçün tələblər:
- 6 il ümumi tibb təhsili;
- 4 il rezidentura təhsili.
Qrup: IV
Təhsil istiqamətləri:
Tibb
Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:
1. Azərbaycan Tibb Universiteti
2. Naxçıvan Dövlət Universiteti
3. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı