Heriatr - yaşlı insanlarda xəstəliklərin müalicəsində və qarşısının alınmasında ixtisaslaşan həkimdir.
Funksiyalar:
- Həyat anamnezi toplayır, xəstənin yaşına uyğun xroniki xəstəlikləri müəyyənləşdirir;
 - Zəruri hallarda xəstələri dar ixtisaslı həkimlərə yönləndirir;
 - Ömürlük qəbul ediləcək dərmanları seçir, fərdi qida rasionunu tərtib edir;
 - Pasiyentlərin hərtərəfli müayinəsinin keçirilməsi: təkrar müayinə, müxtəlif analizlərə və klinik araşdırmalara göndərilməsi;
 - Stasionar şəraitdə müalicə tədbirlərinin keçirilməsi: pasiyentin vəziyyəti, həmçinin təyin olunmuş tibbi preparatların vaxtında qəbul edilməsi və pasiyentin zəruri müalicə prosedurlarından keçməsi üzərində nəzarətin həyata keçirilməsi;
 - Ev şəraitində tibbi xidmətlərin və məsləhətlərin verilməsi: müalicə, qayğı, qidalanma və fiziki yüklənmələr üzrə tövsiyələr.
 
Zəruri keyfiyyətlər:
- Analitik düşüncə;
 - Yaxşı və uzunmüddətli yaddaş;
 - Çox sayda informasiya ilə işləmək bacarığı;
 - Məsuliyyətlilik;
 - Peşəkarlıq;
 - Ünsiyyətlilik.
 
Heriatr olmaq üçün tələblər:
- 6 illik ümumi tibb təhsili;
 - 4 illik rezidentura təhsili.
 
Qrup: IV
Təhsil istiqamətləri:
Tibb
Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:
1. Azərbaycan Tibb Universiteti
2. Naxçıvan Dövlət Universiteti
3. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı
                          
                      
                        
                