Ginekoloq

Ginekoloq

Ginekoloq - qadın reproduktiv sisteminin xəstəliklərinin profilaktikası, müalicəsi və onun normal fəaliyyətinin saxlanması üzrə ixtisaslaşan həkimdir. Ginekoloq bütün yaş kateqoriyalarında olan xəstələrlə işləyir və müxtəlif ixtisaslaşmalara malik ola bilər:

  1. Uşaq ginekoloqu. Cinsi yetkinlik prosesinə nəzarət edir, kontrasepsiya məsələləri ilə bağlı maarifləndirmə işləri aparır. Menstrual dövrünün və ya infeksion xəstəliklərinə müvafiq müalicə təyin edilir.
  2. Ginekoloq-cərrah. Qadın cinsi sisteminin inkişaf anomaliyalarının, travmaların, üzvi patologiyalarının müalicəsi ilə məşğul olur. 
  3. Onkoginekoloq. Yaxşı və bədxassəli yenitörəməli xəstəliklərin müalicəsi ilə məşğul olur. Müalicə prosesində həm mühafizəkar, həm də əməliyyat üsulları istifadə edilə bilər.
  4. Ginekoloq-endokrinoloq. Hormonal disbalansı aradan qaldırır, sonsuzluğu diaqnoz və müalicə edir.

Funksiyalar:

  • Qadın cinsiyyət sistemi xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası;
  • Qadınların profilaktik müayinələrinin keçirilməsi;
  • Ginekoloji patologiyalı xəstələrin dispanser qeydiyyatına verilməsi;
  • Qadın cinsi sisteminə aid məsələlər üzrə kolleqaların konsultasiyası, klinik vəziyyətlərin təhlilində iştirak;
  • Müvafiq tibbi sənədlərin doldurulması və aparılması;
  • Doğuşdan əvvəl və sonra hamilə qadınların müşahidəsi

Zəruri keyfiyyətlər:

  • Psixoloji həssaslıq; 
  • Məsuliyyət; səbir;
  • Ünsiyyət; sadiqlik; 
  • Konsentrasiya; 
  • Səliqəlik; 
  • Əzmkarlıq.

Ginekoloq olmaq üçün tələblər:

  • 6 il ümumi tibb təhsilin alınması;
  • 5 il rezidentura təhsilin alınması.

Qrup: IV

Təhsil istiqamətləri:

Tibb

Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:

1. Azərbaycan Tibb Universiteti

2. Naxçıvan Dövlət Universiteti

3. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı