Filosof

Filosof

Filosof, ilk növbədə, dünyagörüşü məsələlərini, reallığın qurulması prinsiplərini, bütövlükdə cəmiyyətin inkişaf qanunauyğunluqlarını, habelə mürəkkəb idrak, qavrayış və təfəkkür proseslərini öyrənən nəzəri alimdir.

Filosoflar müxtəlif sahələrdə işləyə bilərlər.

Funksiyalar:

  • Nəşriyyat sənayesində əlyazmaların oxunulması, nəzərdən keçirilməsi və üzərində işlənilməsi, yeni media məhsulların hazırlanması və müəlliflərin izlənilməsi;
  • Onlayn və çap mediası, televiziya və ya radio üçün məzmunun yaradılması və redaktə edilməsi;
  • Fəlsəfi və mədəniyyət tarixi mövzularında maarifləndirici fəaliyyətlər keçirilməsi;
  • İctimaiyyətlə əlaqələr sahəsində press-relizlərin yazılması, mətbuat konfranslarının hazırlanması;
  • Fəlsəfi təcrübələrdə fəlsəfi dialoq metodundan istifadə edərək müştərilərə məsləhətin verilməsi.

Zəruri keyfiyyətlər:

  • Geniş dünyagörüş;
  • Ünsiyyətlilik;
  • Tarazlıq;
  • Analitik düşüncə;
  • Problemə kritik yanaşma;
  • Düşüncəlilik;
  • Öyrənmə həvəsi;
  • Elmə maraq.

Filosof olmaq üçün tələblər:

İstiqamət üzrə təhsilin olması

Qrup: III

Təhsil istiqamətləri:

Fəlsəfə

Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:

1. Bakı Dövlət Universiteti

2. Naxçıvan Dövlət Universiteti

3. “Azərbaycan” Universiteti

4. Qərbi Kaspi Universiteti