Etnoqraf – xalqların etnik qruplarını, onların mənşəyini, adət-ənənələrini, siyasi, iqtisadi, dini-fəlsəfi, mədəni və digər xüsusiyyətlərini öyrənir. Bir qayda olaraq, etnoqraflar ümumi etnoqrafiya üzrə deyil, konkret etnik qrup üzrə ixtisaslaşırlar.
Funksiyalar:
- Etnosun iqtisadi fəaliyyətinin və sosial strukturunun öyrənilməsi;
- İbtidai icma sisteminin tədqiqi;
- Miqrasiya və xalqların sayının öyrənilməsi;
- Etnik qrupun dilinin, mənəviyyatının, dini inanclarının öyrənilməsi;
- İnsanların həyatının birbaşa müşahidəsi (stasionar və ekspedisiya tədqiqatları, kolleksiyaların toplanması və s.);
- Tarixi irslə iş (arxeoloji tapıntılar, yazı, xalq yaradıcılığı);
- Etnik qrupun müasir nümayəndələri ilə sorğuların və söhbətlərin aparılması;
- Antropoloji müayinələrin aparılması;
- Linqvistik qohumluq (dil qrupları arasında qohumluq, yaxınlıq) problemlərinin tədqiqi;
- Etnoqrafik xəritələrin tərtibi.
Zəruri keyfiyyətlər:
- Təşəbbüskarlıq;
- Uzaqgörənlik;
- Yaxşı, uzunmüddətli yaddaş;
- Analitik düşünmə;
- Fəza-təsviri düşünmə;
- Fikirlərini düzgün ifadə etmə bacarığı;
- Tədqiqat fəaliyyətinə meyl;
- Böyük miqdarda məlumatı təhlil etmə və sistemləşdirmə bacarığı;
- insanlarla əlaqə, ünsiyyət qurma bacarığı.
Etnoqraf olmaq üçün tələblər:
- İstiqamət üzrə ali təhsil;
- Tarix, coğrafiya, dünya sivilizasiyaları tarixi sahəsində dərin biliklər;
- Ayrı-ayrı xalqların tarixi, etnoqrafiya, etnologiya, antropologiya, arxeologiya, qədim dillər sahəsində biliklər;
- Tarix üzrə bakalavriat pilləsində 4 il təhsil alıb daha sonra isə müvafiq ixtisas üzrə magistratura təhsili.
Təhsil istiqamətləri:
Tarix
Qrup: III
Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:
1. Bakı Dövlət Universiteti
2. Naxçıvan Dövlət Universiteti
3. Gəncə Dölət Universiteti
4. Sumqayıt Dövlət Universiteti
5. Qərbi Kaspi Universiteti