Epidemioloq - infeksion xəstəliklərin epidemiologiyası məsələləri üzrə hazırlıq almış, epidemioloji analiz, epidemioloji tədbirlərin planlaşdırılması, infeksion xəstəliklərin ocaqlarının epidemioloji müayinələri həyata keçirən ali peşə təhsilli həkimdir.
Funksiyalar:
- Epidemiya ocağına gediş, kontakta olan şəxslərin müayinəsi, məlumatların qeydiyyatı;
- Patogenlərin aşkar edilməsi, müvafiq müalicə və profilaktika tədbirlərinin görülməsi məqsədi ilə laboratoriya tədqiqatları;
- Tibb müəssisəsində sanitar-epidemiya rejiminə nəzarət;
- Xəstəxanadaxili infeksiyaların qarşısının alınması, infeksion ocaqlarının aradan qaldırılması;
- Peyvəndlərin təqviminin hazırlanması və icrası;
- Bütün maraqlı şəxslərin vaksinlərlə təmin edilməsi;
- Epidemiyaların qarşısının alınması üçün profilaktik tədbirlərin hazırlanması.
Zəruri keyfiyyətlər:
- Psixoloji həssaslıq;
- Məsuliyyət; səbir;
- Ünsiyyət; sadiqlik;
- Konsentrasiya;
- Səliqəlik;
- Bioloji materiallarla işləmə bacarığı;
- Əzmkarlıq.
Epidemioloq olmaq üçün tələblər:
- 6 il ümumi tibb təhsilin alınması;
- 2 il rezidentura təhsilin alınması.
Qrup: IV
Təhsil istiqamətləri:
Tibb
Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:
1. Azərbaycan Tibb Universiteti
2. Naxçıvan Dövlət Universiteti
3. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı