Dizayner

Dizayner

Dizayner - öz fantaziyasından, yaradıcılıq bacarığından istifadə edərək istənilən obyektin gözəl və funksional görünüşünü hazırlayan mütəxəssisdir. Hər bir dizayner üçün əl ilə çəkmək bacarağı önəmlidir, lakin peşəkar proqram təminatı və cihazlarla işləmək bacarığı həmçinin vacibdir. 

Bütün dizaynerlərin iş mərhələləri oxşardır, ilk öncə onlar layihənin ümumi ideyası ilə tanış olur, sifarişçinin arzularını dinləyir və ya öz təkliflərini irəli sürürlər.

Dizayn istiqamətləri sənaye növlərinə görə fərqlənir:

- qrafik dizayn (reklam məhsullarının yaradılması, videolar, şriftlər və s.);

- insanın imici (zahiri görünüşə aid olan hər şey: geyim, ayaqqabı və s. dizaynı);

- landşaft dizaynı (ərazilərin tərtibatı);

- oyun dizaynı (oyunun vizual tərtibi);

- sənaye dizaynı (ətraf obyektlərin layihələndirilməsi) və s.

Bunlara əsaslanaraq dizaynerlərin asağıdaki növləri qeyd olunur. 

Veb dizayner - müxtəlif internet-saytların tərtibatını həyata keçirir, maketlər yaradır və əlavələr hazırlayır.

Qrafik dizayneri - firma üslubunun və loqotipinin yaradılması, sosial şəbəkələrin dizaynı, təqdimatlar və s. ilə məşğuldur. 

İnteryer dizayneri otaqların tərtibatı, otağın dizaynının layihələndirilməsi, mebelin və otağın digər elementlərinin seçilməsi ilə məşğul olur.

Landşaft dizayneri - bağ, park və həyətyanı sahələrin abadlaşdırılması ilə məşğul olur.

Geyim dizayneri müasir dəbli tendensiyalara uyğun olan geyimlərin layihələndirilməsi və yaradılması ilə məşğul olur.

Funksiyalar:

  • Eskizlərin çəkilməsi;
  • Çəkilən eskizləin vizuallaşdırması;
  • Maketlərin hazırlanması, layihələşdirilməsi və prototipləşdirilməsi.

Zəruri keyfiyyətlər:

  • Yaxşı inkişaf etmiş bədii zövq və estetik savada malik olmaq;
  • Stres müqaviməti;
  • Lazım olduğu hallarda güzəştə getmək bacarığı
  • İnkişaf etmiş fəza və məntiqi təfəkkür;
  • Yaradıcılıq;
  • Klassik və qeyri-standart rəsm texnikası bilmə;
  • Qrafik ilə işləmək üçün proqram və tətbiq bilikləri.

Dizayner olmaq üçün tələblər:

Rəssamlıq qabiliyətinin olması;

Müəyyən sahə üzrə təhsilin olması.

Qrup: V

Təhsil istiqamətləri:

Dizayn (sahələr üzrə);

Dizayn (sahələr üzrə) (kollec).

Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:

  1. Azərbaycan Memarlıq və İnşaat Universiteti
  2. Azərbaycan Dövlət İqtisad Universiteti
  3. Bakı Mühəndislik Universiteti
  4. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
  5. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
  6. Azərbaycan Texnologiya Universiteti (Gəncə)
  7. Qərbi Kaspi Universiteti
  8. Xəzər Universiteti
  9. “Odlar Yurdu” Universiteti 

Təhsil ala biləcəyiniz kolleclər:

  1. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci (dövlət sifarişi: əyani; ödənişli: əyani);
  2. Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kolleci (dövlət sifarişi: əyani; ödənişli: əyani);
  3. Gəncə Dövlət Universitetində nəzdində Regional Kollec (dövlət sifarişi: əyani; ödənişli: əyani);
  4. Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci (dövlət sifarişi: əyani; ödənişli: əyani);
  5. Odlar Yurdu Kolleci (əyani);
  6. Qərbi Kaspi Universiteti (orta ixtisas təhsili pilləsi) (əyani).