Diyetoloq - düzgün seçilmiş qidalanmanın köməyi ilə sağlamlığın möhkəmləndirilməsində ixtisaslaşan həkimdir. Onun əsas vəzifəsi sağlamlığın möhkəmləndirilməsi və xəstəliyin simptomlarının aradan qaldırılması məqsədi ilə konkret insan üçün optimal rasionun tərtib edilməsi hesab edilir.
Funksiyalar:
- Ərzaq sənayesində ərzaq məhsullarının istehsalına nəzarət;
- Yeməklərin hazırlanmasına nəzarət (sanatoriyalarda, xəstəxanalarda);
- Çəki korreksiyası və qidalanma proqramları haqqında xəstələrin konsultasiyası;
- Xəstələrin diaqnostikasında iştirak;
- Uyğun diyetlərin təyin edilməsi;
- Qidanın strukturu və tərkibini və onun insan orqanizminə təsirini şərh edir
Zəruri keyfiyyətlər:
- Məsuliyyətlik; Yaxşı yaddaş;
- Dəqiqlik;
- Diqqətlilik;
- Nəzakətlilik;
- Stres müqaviməti;
- Ünsiyyətlilik.
Diyetoloq olmaq üçün tələblər:
- 6 il ümumi tibb təhsilin alınması;
- 4 il rezidentura təhsilin alınması qastroenterologiya üzrə;
Qrup: IV
Təhsil istiqamətləri:
Tibb
Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:
1. Azərbaycan Tibb Universiteti
2. Naxçıvan Dövlət Universiteti
3. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı