Dermatoloq – dərinin quruluşu və funksiyalarını, dermatoloji xəstəlikləri olan xəstələrin profilaktikası, diaqnostikası, müalicəsi və reabilitasiyası ilə məşğul olan həkimdir.
Dermotologiyanın müxtəlif növləri mövcuddur:
Trixoloq - saç problemlərinin müalicəsi ilə məşğul olan dermotoloqdur.
Dermatoloq-kosmetoloq – kosmetik problemlərin aradan qaldırılması ilə məşğul olan mütəxəssisdir.
Dermatoloq-endokrinoloq - endokrinoloji xəstəliklər nəticəsində yaranan dəri xəstəliklərini müalicə edir.
Mikoloq - göbələkdən zədələnmiş dərini müalicə edir.
Dermatoloq-onkoloq - dəri xərçənginin müalicəsində iştirak edir.
Dermatoloq-immunoloq - dərinin otoimmün xəstəliklərini diaqnoz qoyur və müalicə edir.
Dermatoveneroloq iki sahəni kurasiya edir-dermatoloji xəstəliklərin və cinsi yolla keçən xəstəliklərin diaqnostikası, müalicəsi, profilaktikası ilə məşğul olur.
Funksiyalar:
- Dəri xəstəliklərinin aşkarlanması və aradan qaldırılması;
- Xəstəlikdən zədələnmiş dərinin hissəsinin öyrənilməsi;
- Müxtəlif dermatoloji prosedurların təşkili;
- Dəri yoluxucu patologiyası aşkar edildikdə, epidemiya əleyhinə tədbirlərdə iştirak.
Zəruri keyfiyyətləri:
- Psixoloji həssaslıq;
- Məsuliyyət; səbir;
- Ünsiyyət; sadiqlik;
- Konsentrasiya;
- Səliqəlik;
- Əzmkarlıq.
Dermatoloq olmaq üçün tələblər:
- 6 il ümumi tibb təhsilin alınması;
- 4 il rezidentura təhsilin alınması.
Qrup: IV
Təhsil istiqamətləri:
Tibb
Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:
1. Azərbaycan Tibb Universiteti
2. Naxçıvan Dövlət Universiteti
3. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı