Dəniz naviqasiya mühəndisi

Dəniz naviqasiya mühəndisi

Dəniz naviqasiya mühəndisi - sualtı və ya suüstü nəqliyyatı idarə edir. Onun əsas vəzifəsi nəqliyyatın təhlükəsiz hərəkətini və vaxtında təyinat yerinə çatmasını təmin etməkdir. Bu mütəxəssis hərəkət marşrutunu çəkir, nəqliyyatın cari yerini hesablayır, nəqliyyatın gediş-gəlişini xəritədə qeyd edir. O, cihazları müşahidə edir, digər nəqliyyatların dispetçerləri və kapitanları ilə əlaqə saxlayır, hava şəraitini, nəqliyyatların mövqeyini və hərəkətini qeydə alır.

Funksiyalar:

  • Gəmi üçün optimal gediş-gəliş yolu seçmək;
  • Gəminin hərəkətinə nəzarət;
  • Gəminin davamlı vizual və instrumental nəzarəti;
  • Xəritədə hərəkət istiqamətini nişan etmək;
  • Hava və ya digər şərtlər ilə əlaqədar kursun dəyişdirilməsi barədə qərar qəbul etmək.

Zəruri keyfiyyətlər:

  • İnkişaf etmiş analitik qabiliyyətlər;
  • Stresə dözümlülük;
  • Ölçülmüş qərarlar qəbul etmək bacarığı;
  • Zehinlilik;
  • İnformasiya ilə işləmək: lazımi məlumatları tapmaq, təqdim olunan materialları anlamaq bacarığı;
  • Fövqəladə hallarda tez qərar qəbul etmək bacarığı.

Dəniz naviqasiya mühəndisi olmaq üçün tələblər: 

İstiqamət üzrə təhsilin olması

Qrup: I

Təhsil istiqamətləri:

Dəniz naviqasiya mühəndisliyi

Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri: 

1. Azərbaycan Dövlət Dəniz Akademiyası