Dalğıc

Dalğıc

Dalğıc – su altında müəyyən işləri yerinə yetirən mütəxəssisdir. Peşə kifayət qədər təhlükəli hesab olunur. Həm iqtisadiyyatın mülki sektorunda, həm də hərbiləşdirilmiş strukturlarda dalğıclara tələbat var. Dalğıcın yerinə yetirilməsi lazım olan xidməti vəzifələr müxtəlifliyi və mürəkkəbliyi ilə fərqlənir. Сəmi bu peşə üzrə ixtisaslaşmanın üç qrupu mövcuddur.

1 qrup-dalğıclar inşaatçılar: tikinti, sənaye istehsalı ilə məşğul olur: batmış gəmilərin qaldırılmasında, kabellərin çəkilməsində, çuxurlarda yerlərin nişanlanmasında və s.

2 qrup - dalğıclar tədqiqatçılar  elmi-tədqiqat və təcrübi-konstruktor işlərində iştirak edirlər.

3 qrup - dalğıclar xilasedicilər -ilk tibbi yardımın göstərilməsi ilə xilasetmə işləri aparırlar. 

Metalların qaynaqlanması və kəsilməsi üzrə işlər, sualtı partlayış işləri xüsusi şəraitdə fəaliyyət yalnız 1-ci dərəcəli 1-2 ixtisaslaşma qrupu dalğıcları tərəfindən həyata keçirilir. Hərbi dalğıclar iki qrupa bölünür:

Qrup 1: xilasetmə işləri aparan dalğıc mütəxəssisləri. Qrup 2: döyüş tapşırıqlarını yerinə yetirən sualtı üzgüçülər.

Zəruri keyfiyyətlər:

  • Sakit, tarazlaşdırılmış xarakter;
  • Yaxşı düşüncə qabiliyyəti;
  • Gözlənilməz vəziyyətlərdə məsuliyyətli qərarlar qəbul etmək bacarığı;
  • Stres müqaviməti;
  • Diqqəti cəmləşdirmək və onu iki vəzifə arasında bölüşdürmək bacarığı;
  • Risk etməyə hazır olmaq;
  • Qətiyyət;
  • Hərəkətlərin yaxşı koordinasiya etmək.

Dalğıc olmaq üçün tələblər:

İstiqamət üzrə hazırlıq keçmək

Hazırlıq kursları:

SOCAR Dalgidj LLC