Cərrah

Cərrah

Cərrah-cərrahi müdaxilə vasitəsi ilə müxtəlif xəstəliklərin diaqnostikası və müalicəsi ilə məşğul olan həkimdir. Cərrah, hər hansı digər həkim kimi, hər şeydən əvvəl xəstəni müayinə edir və xəstəliyin səbəbini öyrənir. Daha sonra mütəxəssis ilkin diaqnoz qoyur, həmçinin zəruri hallarda bir sıra əlavə diaqnostik prosedurlar təyin edir. Diaqnostikanın nəticələrinə əsaslanaraq, mütəxəssis cərrahi müdaxilə üçün göstərişlər və əks göstərişləri müəyyənləşdirir. Və yalnız bundan sonra mütəxəssis əməliyyat keçirir. Bundan əlavə, cərrah əməliyyatdan sonra xəstənin sağlamlığını bərpa etməyə kömək edir – onun vəziyyətini müşahidə edir, reabilitasiya tədbirlərini təyin edir və mənfi fəsadların qarşısını alır.

Funksiyalar:

  • Təcili və planlaşdırılmış əməliyyatlar. Fəsadların aradan qaldırılması;
  • Əməliyyat sonrası müşahidə və xəstələrin reabilitasiyası;
  • Cərrahi müdaxilə zamanı müasir metodların istifadə olunması;
  • Laboratoriya, rentgenoloji və digər xüsusi tədqiqatların müəyyən edilməsi, onların nəticələrinin qiymətləndirilməsi;
  • Xəstənin operativ müdaxiləyə hazırlanması: qidalanma, dərmanlar və digər mərhələlər.

Zəruri keyfiyyətlər:

  • Məsuliyyətli olmaq;
  • Stresə dözümlülük;
  • İntizamlılıq;
  • Kiçik motorikanın yaxşı formalaşması;
  • Diqqətli olmaq.

Cərrah olmaq üçün tələblər:

  • 6 il tibb təhsilin alınması;
  • 5 il rezidentura təhsilin alınması;
  • Lisenziyanın alınması;
  • Kifayət qədər təcrübənin olması. 

Qrup: IV

Təhsil istiqamətləri:

Tibb

Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:

1. Azərbaycan Tibb Universiteti

2. Naxçıvan Dövlət Universiteti

3. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı