Birja analitiki

Birja analitiki

Birja analitiki - korporativ qiymətli kağızlar bazarının təhlilini, səhmdar cəmiyyətlərin, qiymətli kağızlar istehsal edən şirkətlərin, müəssisələrin və dövlətlərin fundamental analizini aparır, statistik məlumatları emal edir, birja fəaliyyətinin aparılması üzrə tövsiyələr verir.

Funksiyalar:

  • Bazarın fəaliyyətinin monitorinqi;
  • Müxtəlif amilləri nəzərə alaraq bazarın davranışının proqnozlarının tərtib edilməsi;
  • Qiymətli kağızların təhlil edilməsi;
  • Statistik məlumatların təhlil edilməsi;
  • Birja fəaliyyətinin təşkili üçün tövsiyələrin hazırlanması.

Zəruri keyfiyyətlər:

  • Texniki analizi tətbiq etmək bacarığı;
  • Analitik düşüncə;
  • Düşüncələri kompakt və savadlı şəkildə ifadə etmək bacarığı;
  • Yaxşı yaddaş;
  • Diqqəti cəmləşdirmək bacarığı;
  • Stres müqaviməti;
  • Taym-menecmentə riayət olunması.

Birja analitiki olmaq üçün tələblər: 

İstiqamət üzrə təhsilin olması

Qrup:II

Təhsil istiqamətləri:

İqtisadiyyat;

Maliyyə.

Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:

İqtisadiyyat

  1. Bakı Dövlət Universiteti
  2. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  3. Azərbaycan Texniki Universiteti
  4. Azərbaycan Memarlıq və İnşaat Universiteti
  5. Azərbaycan Dövlət İqtisad Universiteti (Bakı, Zaqatala)
  6. Bakı Mühəndislik Universiteti
  7. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
  8. “ADA” Universiteti
  9. Milli Aviasiya Akademiyası
  10. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası
  11. Naxçıvan Dövlət Universiteti
  12. Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə)
  13. Gəncə Dövlət Universiteti
  14. Azərbaycan Texnologiya Universiteti (Gəncə)
  15. Sumqayıt Dövlət Universiteti
  16. Mingəçevir Dövlət Universiteti
  17. Lənkəran Dövlət Universiteti
  18. Azərbaycan Kooperasiya Universiteti
  19. “Azərbaycan” Universiteti
  20. Qərbi Kaspi Universiteti
  21. Xəzər Universiteti
  22. Bakı Avrasiya Universiteti
  23. “Odlar Yurdu” Universiteti
  24. Bakı Biznes Universiteti
  25. “Naxçıvan” Universiteti
  26. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası
  27. M.V. Lomonosov adına Moskva Dövlət Universiteti

Maliyyə

  1. Bakı Dövlət Universiteti
  2. Azərbaycan Dövlət İqtisad Universiteti
  3. Bakı Mühəndislik Universiteti
  4. “ADA” Universiteti
  5. Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə)
  6. Gəncə Dövlət Universiteti
  7. Sumqayıt Dövlət Universiteti
  8. Mingəçevir Dövlət Universiteti
  9. Lənkəran Dövlət Universiteti
  10. Azərbaycan Kooperasiya Universiteti
  11. “Azərbaycan” Universiteti
  12. Qərbi Kaspi Universiteti
  13. Xəzər Universiteti
  14. Bakı Avrasiya Universiteti
  15. “Odlar Yurdu” Universiteti
  16. Bakı Biznes Universiteti
  17. “Naxçıvan” Universiteti
  18. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası