Bioloq

Bioloq

Bioloq – canlı orqanizmləri və onların ətraf mühitlə qarşılıqlı əlaqəsini tədqiq edən mütəxəssisdir. O, canlı orqanizmlərin boy və inkişafını öyrənir. 

Bioloqların müxtəlif ixtisaslaşmaları mövcuddur:

Zooloq – heyvanları, onların anatomiyasını, fiziologiyasını, inkişafını, davranışını öyrənən mütəxəssislərdir. Zooloqun vəzifələrinə heyvanların yeni növlərinin aşkar edilməsi, nəsli tükənməkdə olan heyvanların müdafiəsi və onların xəstəliklərinin araşdırılması daxildir. 

Seleksiyaçılar və genetiklər – bitki və heyvan cinslərinin yeni növlərini araşdıran, yeni sortların yaradılmasında iştirak edən, onları inkişaf etdirən, müxtəlif sinif və növlərin çoxalma və inkişaf formalarını araşdıran, genləri və irsiyyəti öyrənən mütəxəssislərdir.

Biofiziklər və biokimyaçılar – fiziki və kimyəvi hadisələri, kimyəvi maddələrin və fiziki hadisələrin canlı sistemlərə təsirini öyrənən mütəxəssislərdir.

Viroloqlar və mikrobioloqlar – bakteriyaları, virusları, parazitləri, onların çoxalma və yayılma mexanizmlərini öyrənən, həmçinin yoluxucu virus və bakterial xəstəliklərlə mübarizə üsulları sahəsində tədqiqatlar aparan mütəxəssislərdir.

Bioloqlar həm təbiət, həm də laboratoriya şəraitində işləyə, tədqiqatlar apara və araşdırma, məlumat toplama məqsədilə ekspedisiyalarda iştirak edə bilərlər. Onlar müxtəlif təhsil müəssisələrində öz sahələri üzrə tədris fəaliyyətilə də məşğul ola bilər.

Funksiyalar:

  • Canlı orqanizmlər üzərində elmi tədqiqatların aparılması; 
  • Tədqiqat üçün plan və materialların hazırlanması; 
  • Tədqiqat zamanı nəticə qeydlərinin aparılması; 
  • Alınan nəticələrin praktiki tətbiqi texnologiyalarının hazırlanması (dərman vasitələri, vaksinlər və s.).

Zəruri keyfiyyətləri:

  • Müşahidə bacarığı;
  • Analitik düşüncə; 
  • Məntiqi təfəkkür;
  • Diqqəti uzunmüddətli cəmləyə bilmə bacarığı.

Bioloq olmaq üçün tələblər:

İstiqamət üzrə təhsil 

Qrup: IV

Təhsil istiqamətləri:

Biologiya

Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:

1. Bakı Dövlət Universiteti

2. Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri)

3. Gəncə Dövlət Universiteti

4. Sumqayıt Dövlət Universiteti

5. Qərbi Kaspi Universiteti

6. “Odlar Yurdu” Universiteti