Bəstəkar – musiqi əsərləri bəstələyən musiqiçidir. Bəstəkarlar bəstəkarlıq texnikasını yaxşı bilməli, nota və akademik musiqi sahələrində dərin biliklərə malik olmalıdırlar. Uğurlu bəstəkar olmaq və keyfiyyətli əsərlər bəstələmək üçün müxtəlif üslubları yaxşı bilmək lazımdır.
Funksiyalar:
- Kino, konsert, teatr tamaşası üçün müşayiət hazırlamaq;
- Musiqini alət və vokalçılara görə uyğunlaşdırmaq və ya aranjiman etmək;
- Müxtəlif vokal və ya instrumental əsərlər yazmaq;
- Solo və ya orkestrdə bir və ya bir neçə alətdə musiqi əsəri hazırlayaraq ifa etmək;
- Tanınmış və pop ifaçıları ilə əməkdaşlıq etmək.
Zəruri keyfiyyətlər:
- Musiqi duyumu;
- Musiqi istedadı;
- Musiqi alətlərində ifa edə bilmək bacarığı;
- Musiqi bəstələmək bacarığı;
- Musiqi sənətinin tarixi, ənənələri və cərəyanları, musiqi əsərlərinin üslubları, janrları və formaları haqqında biliklər;
- Müasir musiqi və müasir incəsənət haqqında biliklərinin olması.
Qrup: V
Təhsil istiqamətləri:
Bəstəkarlıq
Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:
1. Bakı Musiqi Akademiyası
2. Azərbaycan Milli Konservatoriyası
3. Naxçıvan Dövlət Universiteti