Bələdçi - turistik ekskursiyalarda, gəzintilərdə, avtomobil turlarında və s. səfərlərdə insanları müşayiət edən, onları buraların görməli yerləri, mədəniyyəti və adət-ənənələriylə tanış edən mütəxəssisdir. Adətən bələdçi asudə vaxtların təşkilinə də cavabdeh olur.
Funksiyalar:
- Tarixi materialların axtarılması və öyrənilməsi;
 - Ekskursiya proqramlarının hazırlanması;
 - Turistlərin təhlükəsizlik və davranış qaydaları haqqında təlimatlandırılması;
 - İlk tibbi yardımın göstərilməsi;
 - Çətin və ya fövqəladə hallarda turistlərin koordinasiyası.
 
Zəruri keyfiyyətlər:
- Yaxşı yaddaş;
 - Yeni biliklər əldə etməyə maraq;
 - Məsuliyyət hissi;
 - Xoşməramlılıq;
 - Müxtəlif növ insanlarla ünsiyyət qurmağa hazır olmaq;
 - Erudisiya;
 - Auditoriya qarşısında çıxış edə bilmək.
 
Qrup: II
Təhsil istiqamətləri:
Turizm bələdçiliyi
Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:
1. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
2. Azərbaycan Turizm və Menecment Universiteti
3. Gəncə Dövlət Universiteti
4. Azərbaycan Texnologiya Universiteti (Gəncə)
5. Azərbaycan Kooperasiya Universiteti
6. “Azərbaycan” Universiteti
                          
                      
                        
                